19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
Xalqa bağlanan və bağışlanan ömrün həyat hekayəsi
VETENİM-AZERBAYCANDIR.AZ
Xalqa bağlanan və bağışlanan ömrün həyat hekayəsi
Bəşər üzündə elə tarixi şəxsiyyətlər var ki, onlar xalqın adı ilə bir çəkilir, birgə xatırlanır və heç bir zaman unudulmur.
Azərbaycan xalqı da məhz belə xoşbəxt taleli xalqlardandır ki, onun adı ilə yanaşı tarixə öz imzasını qoymuş bir dahi, Ümummilli Lider Heydər Əliriza oğlu Əliyevin adı çəkilir.
Heydər Əliyev haqqında illərdir kitablar yazılır, danışılır, onun zəngin dövlətçilik irsi, milli ideologiyası öyrənilir və tətbiq olunur.
Bu tarixi şəxsiyyətin düşüncəsi yalnız və yalnız xalq rifahı, xalq yüksəlişi, xalq işığlı yolu, mükəmməl təhsili, güclü iqtisadiyyatı, rəgabətə davamlı Milli Ordusu və ümumilikdə Azərbaycanın çiçəklənməsinə kodlanmış və xalq üçün yaşamış bir şəxsiyyət idi.
Necə ki, bir zamanlar Ulu Öndərimiz deyirdi: - "Mən qalan ömrümü də xalqıma bağışlayıram".
Bəli bu fədakar dahinin həyat yolu xalqına bağlanan və bağışlanan həyat hekayəsi kimi yaddaşlarımıza həkk olundu.
Elə bir sahə yoxdur ki, orda Heydər Əliyev imzası, dəsti-xətti, ideyası olmasın.
Onun ən çox diqqət yetirdiyi və zəhmət qoyduğu sahələrdən biri də elm və təhsil sahəsi idi.
Sivilizasiyaların tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bunanla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya elminə və təhsilinə böyük töhfələr vermiş olurlar.
Ümummilli liderimiz Heydər Əliyev üçün xalqın sabahı həmişə milli təhsil sistemi ilə bağlı olmuşdur. Bu əsas prinsip onun hələ Azərbaycana rəhbərlik etməyə başladığı yetmişinci illərdən özünü biruzə vermişdir. O zaman ideoloji işin bir sahəsi kimi baxılan təhsilə ölkə rəhbəri xüsusi önəm verir, təhsil işçilərinin bütün tədbirlərində iştirak edir, proqram xarakterli nitqlər söyləyirdi. Bu nitqlərin leytmotivi Azərbaycan təhsilinin keyfiyyətini artırmaq, onun maddi bazasını möhkəmləndirmək, təhsil işçisinin – müəllimin cəmiyyətdəki nüfuzunu yüksəltməkdən ibarət idi.
"Mən Müəllim adından yüksək ad tanımıram" deyərək bu adın ucalığını, ülfətini, əlcatmazlığını bir daha əminliklə insanların düşüncələrinə həkk etdi.
Heydər Əliyev irsinin ayrılmaz bir qanadı isə onun milli tariximizə və tarix elmimizə qayğısı ilə bağlıdır. Milli keçmişimizi dərindən mənimsəmiş Ulu öndər, milli dövlət üçün milli tarixin və tarix elminin fundamental əhəmiyyətini gözəl bilirdi. Tariximizi bilmək hər bir Azərbaycanlinin ümdə borcudur.
Lakin Heydər Əliyev nəinki tarixi bilmək və öyrənmək, o, tarixi yaradan şəxsiyyətlərdən oldu.
Və bu gün şəstlə deyə bilirik, yaza bilirik ki, həqiqətən də öz tarixini yaxşı bilən bir ideolog olaraq hələ illər öncə Azərbaycanımızı çiçəklənmiş, azad, müstəqil, qalib ölkə kimi görən Dahinin məqsəd yolu Azərbaycan adlı məmləkəti real olaraq bu titular yiyələndirdi və bəşər tarixinin üzü ağ, qalib ölkəsi kimi yüksəklərə ucaltdı.
Ömrünün 50 ildən çox hissəsini öz ölkəsinin rifahına həsr edən ümummilli liderimizin prioritetlərindən biri də səhiyyə sahəsi idi. Hələ 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa olundu. Azərbaycanın bütün sahələrinin inkişafı ilə yanaşı, səhiyyənin də sivil ölkələr səviyyəsinə yüksəlməsinə çalışmış, bu istiqamətdə böyük nailiyyətlər əldə olunmuşdur. İnsanların fiziki və ruhi sağlamlığı ölkənin inkişafında həlledici rol oynayan amillərdən olduğundan ötən əsrin 60-cı illərininin sonu - 70-ci illərin əvvəllərində, Dahi Öndərin hakimiyyətə gəldiyi dövrdən səhiyyədə ciddi inkişaf dövrü başlandı. Və bu inkişaf yolu Azərbaycan səhiyyəsinin mükəmməl addımlarla müasir yüksəlişə gətirib çıxartdı. Bu gün ölkəmizdə olduğca güçlü və peşəkar səhiyyə mütəxəssisləri vardır və xalqın sağlamlığı güvənilən əllərdədir.
Və rahat deyə bilərik ki, iqtisadi sahədə yüksəlişimiz də məhz Heydər Əliyevin adı ilə sıx bağlıdır. O, illər öncə hakimiyyətdə olduğu illərdə, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş, iqtisadi güclənməmizin təməlini qoymuşdur.
Heydər Əliyev ölkəmizdə daha bir ilkin "Gənclər siyasətinin" də təməlini qoydu. Ölkə gəncliyinə xüsusi diqqət ayıran, onlara dama stimul verən umummilli lider gələcəyimizin məhz bu gəncliyin çiyinlərində olduğuna inanır və güvənirdi.
Onun bu istiqamətdə gördüyü əvəzolunmaz və silsilə işlər isə hər bir azərbaycanlıya bəllidir.
Ulu Öndərimizin Azərbaycan dövlətçiliyi qarşısındakı ən müstəsna xidmətlərindən biri də, yeni Konstitutsiyanın hazırlanması idi. Və qeyd edirdi ki, "Biz elə bir layihə hazırlamalı və elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas sənəd olsun. Hakimiyyət bölgüsü-ali icra, qanunvericilik, məhkəmə Hakimiyyəti-bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır".
Bəli bu prinsiplər yüksələn xətt üzrə öz icrasını tapdi və bu gün ölkəmizdə hər kəs öz konstitusion hüquqları çərçivəsində yaşayır və dövlətin qanunlarına arxayındır. Elə bu rahatlığın təməlində Heydər Əliyev imzası vardır.
Heç kəsə sirr deyil ki, Heydər Əliyev imzasının təsdiqi olan məsələləri bir yazıda cəmləmək qeyri mümkündür, heç mümkün deyildir.
Ayrı ayrılıqda hər biri bir kitab mövzusudur.
Heydər Əliyev Azərbaycanımızın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni, beynəlxalq əlaqələrində özünəməxsus xidmətləri vardır, demək olar ki, bütün bu əlaqələrin genişlənməsi elə birbaşa onun adı ilə bağlıdır.
Hər kəsə məlum olduğu kimi, xalq olaraq zaman-zaman mənfur düşmənlərin təzyiqlərinə tuş gələn bir ölkə kimi tarixin səhifələrindəyik.
Heydər Əliyev həm də Azərbaycan həqiqətlərini, xüsusiylə də Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin əsil mahiyyətini dünya ictimaiyyətinə çatdıran siyasi lider olmuşdur.
20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. Və o dönəmdəki bütün siyasi mənzərə hər birimizin yaddaşlarındadır.
Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.
Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir.
Ümummilli lider, Heydər Əlirza oğlu Əliyevin Azərbaycan xalgini, cismani olarag tərk etsə də gətiyyətlə deyə bilərım ki, nə gədər Azərbaycanimiz var, dövlətimiz cicəklənir, Heydər Əliyev siyasi xəttini bəyənən və bu yolda yorulmadan xidmət edın bizlər varig Dahi Öndərumiz urəklərimizdə daima yasayacagdir.
12 Dekabr tarixi isə cismani olaraq bu böyük insanı bizlərdən ayıran tarixdir.
Bu günü böyük ürək ağrısı ilə anır, ruhu raeşısında baş əyirik!
Ruhun şad olsun Ulu Öndər!
Sonsuz rəhmət, sayqı və ehtiramla anırıq!
Nəhayət Şirinova
Yeni Azərbaycan Partiyasının fəal üzvü.
ADPU Quba filialının əməkdaşı.
VETENİM-AZERBAYCANDIR.AZ