17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Gənc politoloq Nahid Aslansoy.
Varis olub vərəsə olmayan Şəhid övladı.
Şəhid ailəsi üzvləri kimlərdir?
Gənc politoloq Nahid Aslansoy.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:
- həyat yoldaşı;
- valideynləri;
- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları;
- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;
-18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;
- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələr.
Düşünürəm ki, bu mövzu milli məclisdə yenidən müzakirə olunmalıdır. Yəni 18 və ya 23 yaşından sonra şəhid övladı yaş həddi artığı üçün övladlıqdan çıxır? əksinə 18 və 23 yaşından sonra insanın cəmiyyətdə şəxsiyyət kimi formalaşan vaxtıdır. Daha çox diqqət və qayğıya ehtiyac duyduğu bir vaxdır. Dövlətin bu mərhələdə diqqət və qayğısı daha üstün olmalıdır. Ehtiyacların artdığı və insana dəstək lazım olduğu bir yaş həddində artıq ststusdan kənarda qalırsan. Mən bir şəhid övladı olaraq cənab prezidentdən və milli məclis deputatlarından xahiş edirəm bu mövzu ilə bağlı qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələni gündəliyə salsınlar.
Gənc politoloq Nahid Aslansoy şəhid övladlarına yaş məhtudiyyəti qoyulmadan vərəsəlik hüququ verilməsini, aidiyyəti qurumların bu məsələnin həllinə yönəlik iş aparmasını təklif etdi.
VETENİM-AZERBAYCANDIR.AZ