Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Zirvə Görüşü Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni geosiyasi nizamın formalaşmasına ciddi təkan verəcək.

Zirvə Görüşü Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni geosiyasi nizamın formalaşmasına ciddi təkan verəcək.
17-11-2022, 19:06 227 dəfə baxılıb

Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Zəfərlə başa çatdırdığı II Qarabağ savaşının mühüm nəticəsi olaraq Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək. Həmçinin onu da deməliyik ki, Türk Dövlətləri Təşkilatı təkcə siyasi-mədəni deyil, həm də yaxın gələcəkdə türk dövlətlərinin hərbi ittifaqının qurulmasının da əsasını qoyub.Bu reallıqlar eynilə ölkəmizin və regionun qarşısında yeni inkişaf perspektivləri açdığı kimi, Türk dünyasının da birliyinin möhkəmlənməsinə, gücünün artmasına böyük töhfələr verəcək. Bu baxımdan Prezident İlham Əliyevin 11 noyabr tarixində Səmərqənddə keçirilmiş Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirakı böyük əhəmiyyət kəsb edən önəmli hadisədir. İlk növbədə bu səfərin Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin yüksək intensivliyinin bir göstəricisi kimi çıxış etdiyi diqqəti cəlb edir. Məlum olduğu kimi, möhtərəm dövlət başçımız son 7 ayda artıq üç dəfə Özbəkistana səfər edib. Cənab Prezident İlham Əliyevin aprel ayında bu ölkəyə etdiyi dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşündə iştirakı və nəhayət noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirakı zamanı aparılan müzakirələr onu deməyə əsas verir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır. Məlumdur ki, Azərbaycan dövlətinin xarici siyasət kursunun əsas prioritet istiqamətlərindən biri də Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsidir. Ölkəmiz hər zaman türk dünyasının sıx birləşməsinə öz töhfələrini verib və bundan sonra da bu kursa sadiq qalacaq. Ölkə Prezidenti cənab İlham Əliyev Səmərqənd Zirvə Görüşündə etdiyi çıxışında xüsusi olaraq qeyd etdi ki, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Həmçinin dövlətimizin başçısı türk dünyasının böyük bir ailə olduğunu xüsusi vurğulayaraq bildirdi ki, bu ailənin bütün üzvləri bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli, siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi strateji sahələrdə də əməkdaşlığı gücləndirməlidirlər. Cənab Prezident çıxışında bir məqamı da xüsusilə vurğulayıb ki, "Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir". Ölkə Başçımız xüsusilə qeyd etmişdir ki, "Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır". Burada ən vacib məsələlərdən biri odur ki, soydaşlarımız yaşadıqları digər ölkələrdə öz ana dillərində təhsil almaq imkanlarına sahib olmalıdırlar. Təəsüflər olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Əminik ki, türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaq hüquqlarının təmin olunması məsələsi daim təşkilatın gündəliyində olacaqdır.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI