Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

FHN uşaqların təhlükəsizliyi ilə bağlı valideynlərə müraciət etdi

FHN uşaqların təhlükəsizliyi ilə bağlı valideynlərə müraciət etdi
31-10-2022, 13:38 163 dəfə baxılıb

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı valideynlərə müraciət edib.
FHN-in Mətbuat Xidmətindən daxil olan müraciətdə deyilir:
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə mütəmadi olaraq uşaqların mənzildə, liftdə və digər məkanlarda köməksiz, o cümlədən müxtəlif təhlükəli vəziyyətlərdə qalmaları (əllərinin ətçəkən maşında qalması, əzalarının barmaqlıqlar arasında ilişməsi və s.) barədə məlumatlar daxil olur. Bütün hallarda hadisə yerinə operativ yetişən xilasedicilər uşaqları xilas edərək onları ailə üzvlərinə təhvil verirlər.
Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar uşaqların ilk növbədə valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulmaları nəticəsində baş verir. Belə olduqda isə ətrafı hələ tam dərk etməyən, mümkün təhlükələrdən xəbərsiz olan uşaqların həyat və sağlamlığı üçün real təhlükə yaranır.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan maarifləndirmə işlərinə, dəfələrlə edilən müraciətlərə baxmayaraq, təəssüf ki, yenə də uşaqların təhlükəsizliyinə biganə qalan valideynlərə rast gəlinir. Belə ki, yalnız ötən həftə ərzində Nazirliyin xilasediciləri tərəfindən köməksiz vəziyyətdə qalan 15 uşaq xilas edilib.
Qeyd olunanları və uşaqların nəzarətsiz qalmasının onların həyat və sağlamlığı üçün birbaşa təhlükə yaratdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynlərə müraciət edərək uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır”.



VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI