17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
Azərbaycan daha bir beynəlxalq tədbirə start verildi.
Azərbaycan daha bir beynəlxalq tədbirə start verildi.25-30 oktyabr 2022 -ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 3 fərqli Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
4th International Conference on Innovations in Natural Sciences and Engineering (ICINSE2022), 6th International Turkic World Conference on Chemical Sciences and Technologies (ITWCCST2022), 5th International Turkish Conference on Humic Substances (ITCHS2022)
Sakarya Universitetinin kimya üzrə professoru Ahmet Tutar tərəfindən təşkil olunan bu konfranslar türk dövlətləri və digər dövlətlər olmaqla 3-4 günlük elmi-praktik proqram əsasında hazırlanır. Açılışda çıxış edən Ahmet Tutar bu tədbirin Azərbaycanda keçirilməsində vəsilə olan Sağlam Qidalanma Mütəxəssisi və Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İB sədri Məhsəti Hüseynovaya təşəkkür etdi və son dəfə 2019-cu ilin oktyabrında Sakaryada keçirilən konfranslarda iştirakı haqqında məlumat verdi. Azərbaycanda daha öncə keçirilsə də, qardaş ölkə olaraq yenidən keçirilmə təşəbbüsündə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Məhsəti Hüseynova bildirir ki, bu möhtəşəm Beynəlxalq Elmi Konfransların Azərbaycanda keçirilməsinə vəsilə olduğum üçün çox qürur duyur, bütün fəaliyyəti Azərbaycanın çiçəklənməsinə və dünyada tanınmasına töhfə verməkdir. Və sonda bu işdə yanında olan, ona etimad göstərən, dəstək olan hər kəsə, xüsusilə Azərbaycan İqtisad Universitetinə və Sakarya Universitetine başda rektorlar olmaqla bütün heyətinə təşəkkür etdi.
Dövlət, biznes, təhsil və elm ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi beynəlxalq elmi-praktiki konfrans 3 gün ərzində davam edəcək.
Konfransın əsas məqsədi iqtisadi artımın dayanıqlı inkişafını təmin etmək üçün yüksək texnologiyalara əsaslanan əsas elm tutumlu sahələri inkişaf etdirmək, yeni yaradılan yerli məhsulların rəqabət qabiliyyətliliyinin və keyfiyyət göstəricilərinin artırılmasından ibarətdir. İnnovasiya yönümlü texnologiyaların sənayenin müxtəlif sahələrinə tətbiqini stimullaşdırmaq üçün bu sahədə fəaliyyət göstərən mütəxəssisləri və onların elmi-tədqiqat institutlarını, uğurlu fəaliyyət göstərən müəssisələri, eləcə də dünyanın aparıcı firmaları və şirkətləri arasında əlaqələrin yaradılması əsas məsələlərdən biri hesab edilir.
Konfranslara dünyanın bir çox ölkələrindən, o cümlədən Ukraynadan, Özbəkistan, Belarusiyadan, Rusiyadan, Banqladeşdən, Hindistandan, İrandan, Bosniya və Herseqovinadan, Əlcəzairdən, İraqdan, Pakistandan, Özbəkistandan, Türkmənistandan, Qazaxıstandan, Türkiyədən və Azərbaycandan çoxsaylı professorlar, mühəndislər və mütəxəssislər qatılır.
Konfrans ölkəmiz üçün, qardaş dövlətlərin birgə fəaliyyəti üçün çoxsaylı töhfələr verəcəkdir.
VETENİM-AZƏRBAYCANDIR.AZ