20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
“7 İYUN ÜMUMDÜNYA QİDA TƏHLÜKƏSİZLİYİ GÜNÜ” mövzusunda FORUM
07.06.2021-ci il tarixində “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “7 İYUN ÜMUMDÜNYA QİDA TƏHLÜKƏSİZLİYİ GÜNÜ” mövzusunda FORUM keçirildi.
Forumun təşkilatçısı “Azərbaycan - Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin sədri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova günün əhəmiyyətini vurğulayaraq iştirakçıları sağlam həyat tərzi və düzgün qidalanma, qida təhlükəsizliyinin əhəmiyyətini vurğulayaraq Forumu açıq elan etdi.
Daha sonra təşkilatçı “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri, sağlam qida təbliğatçısı Asim Vəliyev, Türkiyə Sağlamlıq və Qida Təhlükəsizliyi Hərəkatının başqanı Kemal Özer, həkim-psixoterapevt Əli Nağıyev, “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov, Sakarya Universiteti müəllimi, Prof.Dr. Ahmet Tutar, qida texnoloqu Ağa Salamov, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, PhD. dos. Elsevər Fərzəliyev, həkim-dietoloq Leyla Zülfüqarlı, AQTA-nın əməkdaşı Seymur Qafarov, baytar, qida eksperti Şaiq Teyyubov, Bodibildinq və Fitnes üzrə məşqçi Vurğun Mütəllimov mövzu ilə bağlı çıxış edərək Qida Təhlükəsizliyi Hərəkatının fəaliyyətini yüksək qiymətləndirdilər. Bir-birindən maraqlı qonaqların qatıldığı Forum 3 saata qədər davam etdi.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Hərəkatı 2016-cı il tarixindən Məhsəti Hüseynova və Asim Vəliyevin rəhbərliyi ilə təsis edilmiş və qida təhlükəsizliyi, düzgün qidalanma, sağlam həyat tərzinin təbliği mövzusunda çoxsaylı tədbirləri həyata keçirmişdir.