09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
FHN-dən Bakıda bir-birinə bitişik obyektlərdə baş verən yanğınla bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xətai rayonunda bir-birinə bitişik, ümumi sahəsi 1500 m² olan birmərtəbəli 12 ədəd müxtəlif təyinatlı satış mağazalarının və 1 ədəd kafenin yanar konstruksiyaları 500 m² sahədə, yaxınlıqdakı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan mağazanın plastikdən ibarət qapısı və içərisində olan 5 ədəd kompyuter qismən, həmçinin 1-ci və 2-ci mərtəbələrində quraşdırılmış 5 ədəd kondisioner kompressoru, 6 ədəd plastik pəncərə çərçivəsi, iki mənzilin eyvanına və binanın xarici divarına çəkilmiş lambirdən ibarət üzlük ümumilikdə 27 m² sahədə yanıb.
Obyektlərin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.
09:11
Bakıda ticarət obyektində yanğın olub.
VETENİM-AZƏRBAYCANDIR.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında bir neçə ticarət obyektində yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.