17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
Fransa səfirliyi Azərbaycandan çıxarıla bilərmi? - Deputatdan AÇIQLAMA
"Bu gün Makronun özü belə neylədiyinin fərqində deyil. Gah Azərbaycanı dəstəkləyir, gah da işğalçı adlandırır".
Bunu açıqlamasında deputat Cavanşir Paşazadə deyib.
Deputat qeyd edib ki, əslində Makronun bu açıqlamaları Fransanın Ermənistanın himayədarı olması və işğalçını dəstəkləməsi deməkdir:
"Görünür, bu gün Fransa da Ermənistan kimi Azərbaycanın şanlı zəfəri ilə barışa bilmir. Əslində Fransa, ATƏT-in Minsk Qrupunda yer alan ölkə kimi, sülh müqaviləsinin imzalanması üçün Ermənistana təzyiq göstərməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalı idi. Lakin, görünür, Ermənistanın biabırçı məğlubiyyəti Makrona yaman "od qoyub". Bu gün demokratiyadan dəm vuran ölkələr, eləcə də Fransa, torpaqlarımızı öz gücümüzə işğaldan azad etməyimizin şokunu yaşayır.
İkinci məsələ isə odur ki, Türkiyə ilə birgə apardığımız siyasət, Xəzəryanı və türk ölkələrinin birləşməsi, bütün bunların fonunda Azərbaycanın regionda söz sahibi olması Ermənistanı, eləcə də himayədarlarını qorxuya salıb.
Rusiya prezidenti Vladimir Putinin Ərdoğan haqqında söylədiklərini, Türkiyənin bölgədə güc sahibinə çevrilməsini və Azərbaycanla müttəfiq olmasını onların gözləri götürmür. Ona görə Azərbaycan haqqında mənfi fikirlər formalaşdırmağa çalışırlar. Makronun bundan qabaq da Ermənistanı dəstəkləməsi və torpaqlarımızı işğaldan azad etdiyimiz üçün bizi işğalçı adlandırması, haqqımızda mənfi fikirlər səsləndirməsi bunu sübut edir".
Deputat vurğulayıb ki, bir neçə gün öncə Fransadakı səfirliyimizə edilən hücum onun heç də güclü dövlət olmadığının göstəricisidir:
"Niyə Azərbaycanda Fransa və digər ölkələrin səfirliklərinə hücum olunmur, amma Fransa və özünü güclü hesab edən dövlətlərdə Azərbaycanın səfirliyinə hücum olunur? Təbii ki, bütün hücumlar Azərbaycanın günü-gündən artan nüfuzuna heç bir təsir göstərə bilməyəcək.
Makronun səsləndirdiyi sərsəm fikirlərdən sonra Fransa səfirliyinin Azərbaycandan çıxarılması və bizim də oradakı səfirimizin geri çağırılması ilə bağlı da fikirlər səsləndirilir. Heç kəsə sirr deyil ki, orada erməni lobbisi çox güclüdür və bu, səfirliyimizə qarşı ciddi təhlükə yaradır".
Deputat "Fransa səfirliyi Azərbaycandan çıxarıla bilərmi?" sualını belə cavablandırıb:
"Təbii ki, bu barədə fikir səsləndirmək çətindir. Çünki bu, birbaşa cənab Prezidentimizin verəcəyi qərardır. Bu barədə bizim hər hansı fikir səsləndirməyimiz doğru deyil.
Ümumiyyətlə, Fransa səfirliyinin Azərbaycandan çıxarılması və yaxud saxlanılması bizə nə verir? Biz Fransaya başqa, siyasi tərəfdən təsirlər göstərməliyik. Bilirsiniz ki, Fransa səfiri Şuşaya da getməkdən imtina etdi. Bu bizi təəccübləndirmədi. Çünki Fransa əzəldən bizi dəstəkləmirdi. Hesab edirəm ki, dövlət başçısı tərəfindən bu barədə ən doğru qərar veriləcək və bu məsələ öz həllini tapacaq. Həllini tapmaması mümkün deyil, çünki bizim yanaşmamız demokratik və düzgündür, haqq bizimlədir. Biz öz torpaqlarımızı işğaldan azad etmişik. Bütün dünya bilir və qəbul edir ki, biz sadəcə ərazi bütövlüyümüzü bərpa etmişik. Qarabağ Azərbaycandır! Ermənistan artıq özü belə, bunu etiraf edir, amma Makron bunun əksini deyir. Görəsən, onun bu yanaşması hansı məntiqə sığır? Bu "xəritə"ni ona hansı diaspor rəhbəri çəkib?.."
Aysel Yusifqızı
VETENİM-AZƏRBAYCANDIR.AZ