Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Uşaqları yanıqdan qorumağın SADƏ ÜSULLARI - Pediatr Sevil Orucovadan tövsiyələr

Uşaqları yanıqdan qorumağın SADƏ ÜSULLARI - Pediatr Sevil Orucovadan tövsiyələr
14-10-2022, 22:02 396 dəfə baxılıb

Sadə ehtiyat tədbirləri yanıqlardan qorunmağın yeganə yoludur və həyat qurtarır.
 
Bu barədə Nərimanov Tibb Mərkəzinin həkim-pediatrı Sevil Orucova məlumat xarakterli paylaşım edib.
 
O, uşaqları yanıqdan qorunmaq üçün aşağıdakı üsulları vacib sayıb:
 
Bir əlində uşağı daşıyarkən, digərində isti bir şey olmamalıdır
Qazanların qulpları ocağın üstündə tərs qalmalıdır
Çaydan və isti içki stəkanları yüksək və uşaqdan uzaq olmalıdır
İsti su kranlarına diqqət yetirilməlidir
Çaydanlar sobanın arxasında saxlanmalıdır
Temperatur yoxlanılana qədər uşağa yemək və içki verilməməlidir
Qızdırmaq üçün istifadə olunan soba, radiator və UFO uşaqlardan uzaq tutulmalı və uşaqların onlara toxunmaması üçün maneələrdən istifadə edilməlidir
Günəşə çıxmazdan əvvəl günəşdən qoruyucu krem çəkilməlidir
Elektrik rozetkaları bağlanmalı, kabellər açıq qalmamalıdır
Ütüləmə həmişə uşaqdan ayrı bir otaqda aparılmalıdır
Siqaret heç vaxt uşağın yanında olmamalı, yanan kötüklər parka və ya bağçaya atılmamalı, ətrafda saxlanılmamalıdır.

VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI