17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
“Paşinyan öz ölkəsində mülki missiya üçün İlham Əliyevdən icazə aldı” - Kamal Cəfərov
“Regiona sülh gətirmək yarışına girən ancaq sülhdən daha çox yeni maraqlar uğrunda mübarizə aparan Fransa Prezidenti Emmanuel Makronun cəhdi uğursuz oldu”.
VETENİM-AZƏRBAYCANDIR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü Kamal Cəfərov bildirib.
Deputat xatırladıb ki, Praqada gecə saatlarında Azərbaycan, Avropa İttifaqı, Fransa və Ermənistan liderləri arasında yenidən dördtərəfli görüş keçirilib: “İki hissədən ibarət 5 saatlıq görüşün yekunları ilə bağlı Yelisey Sarayı bəyanat paylaşdı.
Birinci müddəa ondan ibarətdir ki, Ermənistan öz ərazisində Avropa İttifaqının nümayəndələrindən ibarət mülki missiyanın maksimum iki ay müddətində yerləşməsinə icazə verəcək.
Erməni mətbuatı bunu uğur kimi təqdim edir. Ancaq görün Prezident İlham Əliyev Ermənistanı hansı hala salıb ki, Ermənistan rəhbərliyi hətta öz ərazisində də missiyanın yerləşdirilməsini Azərbaycan Prezidenti İlham Əliyevlə razılaşdırır və ondan icazə alır.
Çünki Ermənistan bu qərarı dördtərəfli görüşdə iştirak etmədən də verə bilərdi. Əgər Ermənistan müstəqil dövlətdirsə, nəinki Avropa İttifaqından hətta Keniyadan da mülki deyil, hərbi birləşmənin fəaliyyətini öz ərazisində yerləşməsini təmin edə bilər”
Kamal Cəfərov qeyd edib ki, indiki şəraitdə Ermənistan üçün ən alçaldıcı hissəsi isə həmin missiyanın mülki şəxslərdən ibarət olmasıdır: “Yəqin ki, həmin mülki missiyaya da iki aylıq turist vizası verərlər.
Güman etmək olar ki, reallıqda Fransa Prezidenti həmin missiyanın Azərbaycan ərazisində də olmasını təklif edib, ancaq Azərbaycan Prezidenti buna icazə və imkan verməyib.
Bu görüşün təşəbbüskarı olan Fransa Prezidenti Makron Ermənistana bundan artıq zərər vura bilməzdi. Hələ bu məsələni Ermənistan və Rusiya münasibətlərinə dəyən zərər kontekstində şərh etmirəm”.
Deputat hesab edir ki, bu dünya tarixində bir ilkdir və bunu Prezident İlham Əliyev edib: “Azərbaycan Ermənistana müstəqil və suveren ərazisində mülki missiyanın yerləşdirilməsi icazə verdi.
İkinci müddəa isə Alma-Ata Bəyannaməsi ilə bağlıdır. Bu sazişin mahiyyəti ondan ibarətdir ki, vaxtilə SSR-nin tərkibində olan dövlətlər qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyır”.
YAP İdarə Heyətinin üzvünün sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bu müddəa ilə Ermənistan xalqını davamlı sülh prosesinə hazırlayır: “İlham Əliyevin erməni xalqına mesajı ondan ibarətdir ki, Paşinyandan qabaq da sizin liderləriniz Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Paşinyana imkan verin sülh müqaviləsini imzalasın, sonra da Ermənistan Parlamenti sülh sazişini təsdiq etsin. Çünki Prezident İlham Əliyev mətbuata çıxışında ilin sonuna kimi sülh müqaviləsinin imzalanması ehtimalı ilə bağlı anons verdi.
Görüşün yekununu belə xarakterizə etmək olar: Cənab Prezident İlham Əliyev Ermənistanın ərazisində mülki missiyanın yerləşməsini razılıq verəndən sonra, Ermənistanda gedən daxili proseslərə də istiqamət verdi. Bununla da, bu görüşü bizim milli maraqlar və davamlı sülh üçün əhəmiyyətli hadisə hesab etmək olar”.
VETENİM-AZƏRBAYCANDIR.AZ