Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Heydər Məmmədov: “Müsabiqə yolu ilə prokurorluğa qəbul olunmuş əməkdaşların bir neçəsi xüsusi ali rütbə alıb”

Heydər Məmmədov: “Müsabiqə yolu ilə prokurorluğa qəbul olunmuş əməkdaşların bir neçəsi xüsusi ali rütbə alıb”
7-10-2022, 13:33 242 dəfə baxılıb

“Prokurorluq orqanlarında hər bir gənc əməkdaşın nailiyyəti ilk növbədə hazırda respublikamızda Prezident İlham Əliyevin müdrik rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna qayğısı ilə aparılan uğurlu gənclər siyasətinin təcəssümüdür”.
Bunu baş prokurorun müavini Heydər Məmmədov müsahibəsində deyib.
O bildirib ki, prokurorluq orqanlarında da son iki ildən artıq müddətdə baş prokuror tərəfindən keçirilən kompleks islahatların mərkəzində, xüsusilə həyata keçirilən kadr islahatlarının təməl prinsiplərində yüksək bilikli, müasir, eyni zamanda dövlət və dövlətçiliyin sarsılmaz ənənələrinə sədaqəti ilə seçilən gənclərin önə çəkilməsi, onların yaradıcı və innovativ potensialının üzə çıxarılması, həmçinin yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik gəclərin püxtələşməsi, eyni zamanda ölkəmizdə inkişaf etməkdə olan könüllülük hərəkatına töhfə verilməsi durur. Məhz bu tələblər prokurorluğun fəaliyyətində prioritet hədəflərdən biri olmaqla, gənc kadrların potensialından səmərəli istifadəyə xidmət edir.
Bu istiqamətdə prokurorluqda işə qəbulla bağlı müsabiqənin müstəsna əhəmiyyətə malik olduğunu söyləyən baş prokurorun müavini deyib:
“Bildiyimiz kimi, prokurorluqda müsabiqə yolu ilə imtahanlar ulu öndər Heydər Əliyevin 19 iyun 2001-ci ildə tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq təşkil edilir. 2002-ci ildən, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında cəmi 23 müsabiqə keçirilib. Ümumilikdə müsabiqələrdə uğur qazanmış 1094 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib ki, onlar da hazırda prokurorluq işçilərinin 83.9 faizini təşkil edir.
Sevindirici haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş həmin əməkdaşların bir çoxu yuxarı təsnifat vəzifələrinə irəli çəkilib, o cümlədən 161 nəfər hazırda müstəqil rayon və şəhər prokuroru kimi və müstəqil struktur qurumların rəhbəri kimi fəaliyyət göstərir, onlardan bir neçəsi xüsusi ali rütbə alıb”.
H.Məmmədov qeyd edib ki, bu gün 50 vakant ştat vahidi üzrə növbəti 24-cü müsabiqənin birinci mərhələsi, yəni test mərhələsi keçirilir. Hər zaman olduğu kimi, Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 400-ə yaxın namizəd iştirak edir. İmtahanın nəticələri Baş Prokurorluğun rəsmi internet resurslarında yerləşdiriləcək.
Baş prokurorun müavini obyektiv meyarlara əsaslanan müsabiqə nəticəsində ən güclü, ən layiqli namizədlərin uğur qazanacağına əminliyini ifadə edib.
VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI