Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ölkə başçımızın Bolqarıstan səfəri!

Ölkə başçımızın Bolqarıstan səfəri!
3-10-2022, 20:00 246 dəfə baxılıb

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 5-də qurulub. 
1999-cu ildə dekabr ayında Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 16 aprel 2004-cü ildə İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında sərəncam imzalamışdır. 29-30 iyun 1995-ci ildə Heydər Əliyev Bolqarıstana rəsmi səfər etmişdir. 2-3 dekabr 1999-cu ildə Bolqarıstan prezidenti Petar Stoyanov Azərbaycana rəsmi səfər etmişdir.
Beləliklə iki ölkə arasında diplomatik əlaqələr inkişaf edən xətt üzrə davam etmiş və bu günümüzdə də davam etməkdədir.
İllərdir bu missiyanı Cənab Prezidentimiz İlham Əliyev davam etdirir. 30 sentyabrda Bolqarıstan Respublikasına yenidən səfər etdi.
2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin etdiyini qeyd edən ölkə başçımız qarsıda iki ölkə arasında daha mükəmməl layihələrin icrasına start veriləcəyini bəyan edib. 
 Ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf etməsi öz əlimizdədir. Bu vaxta qədər dəfələrlə nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Enerji təhlükəsizliyi sahəsində işlər görülmüş və əlavə addımlar atılacaqdır.
Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Azərbaycan qazı artıq Bolqarıstandadır. Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub deyə ölkə başçımız geyd edib. 
Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Azərbaycan əlindən gələni edirik ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır. Bütün bunlar böyük uğurlardan xəbər verir. Etibarlı tərəfdaşlığın bariz nümunəsidir Azərbaycan Bolqarıstan əlaqələri və reallaşan genişmiqyaslı layihələr.
Ümid edirik və inanırıq ki, qarşıdakı illərdə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artması da böyük nəticələr verəcəkdir. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar
Bəli yeni əməkdaşlıq imkanları araşdırılacaq. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Uğura gedən yolda sabitlik olmur. Odur ki, bizi qarşıda daha böyük miqyaslı işlərin icrası gözləyir. Azərbaycan güclü və qüdrətli bir ölkədir və hər zaman Bolqarıstana diplomatik əlaqələrin inkişafında marağlıdır. 
Hər iki ölkəyə uğurlu gələcək arzu edirik. 

Nəhayət Şirinova.
İctimaiyyətçi, yazar.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.

Vətənim-Azərbaycandır.az  xəbərlər informasiya portalının redaktoru.


VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI