14:49 - İlham Əliyevin Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib - İLKİN NƏTİCƏLƏR
14:40 - Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
14:39 - Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb
13:54 - Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir
13:48 - Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
13:44 - Görkəmli şair Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür
13:42 - 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür
12:52 - Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir, icazə müddəti 5 günədək artırılıb
12:50 - Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
12:46 - Polis cərimələrinin 5 faizi sosial müdafiə xəzinəsinə yönəldiləcək – QANUN DƏYİŞDİ
12:42 - Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
12:41 - Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib
12:40 - Mikayıl Cabbarov dayanıqlı inkişaf perspektivləri ilə bağlı panel müzakirədə iştirak edib
12:35 - Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
“Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var” - Çavuşoğlu
“Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə təklif etdiyi hərtərəfli sülh müqaviləsinin mümkün qədər tez bir vaxtda Ermənistan və Azərbaycan tərəfindən imzalanması lazımdır. Biz bu prosesi dəstəkləyirik”.
VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Los-Angelesdə türk icması ilə keçirdiyi görüşdə deyib.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın qazandığı böyük Zəfərdən sonrakı normallaşma prosesindən bəhs edən nazir Mövlud Çavuşoğlu deyib ki, Ermənistanı cəsarətləndirmək lazımdır:
“Təəssüf ki, sayları az olan ABŞ-dakı erməni qrupu var ki, onlar Türkiyə ilə normallaşmaya qarşıdırlar. Halbuki, onların Ermənistana heç bir müsbət töhfəsi yoxdur. Nifrət üzərində hərəkət edirlər. Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var və bu fürsəti dəyərləndirməsi lazımdır”.
50 il əvvəl ASALA erməni terror təşkilatları tərəfindən türk diplomatlarının ilk dəfə məhz Los-Angelesdə qətlə yetrildiyini xatırladan nazir Mövlud Çavuşoğlu türk icmasından fəal olmalarını, ABŞ-ın ictimai-siyasi həyatında ciddi təmaslar qurmalarını xahiş edib:
“Bütün həmsöhbətlərinizlə görüşlərinizdə, xüsusən də Konqresdəki vali də daxil olmaqla, bütün idarəçilərlə təmaslarınızda bunu izah etməyinizi xahiş edirik”.
VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ