17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
Şanxay Əməkdaşlıq Təşkilatı Sammiti.
Dünyada mövcud olan bir sıra problemlərə və onların müsbət həllinə istiqamıtlənmiş addımlardan olan Sanxay Əməkdaşlıq
Təşkilatının Zirvə görüşü Səmərqənddə baş tutdu.
Dünyanın siyasi gündəminin bir birinə dəydiyi bir zamanda belə bir möhtəşəm əməkdaşlıq görüşü bütün dünyanın nəzərini və diqqətini özünə çəkdi. Ölkə başçımız Müzəffər Prezidentimiz Cənab İlham Əliyevin bu zirvə toplantısında iştirakı və çıxışı tarıxı önəm daşıyır. Hər birimizin diqqətində olan bu görüşün ölkəmizin iqtisadi möhkəmlənməsi və digər amillərə müsbət təsirini dana bilmərik.
Həttda bir sıra hesabat xarakterli məlumatları xatırlasaq görürük ki, həqiqətən də bu işlərin təməli ölkəmizdə çoxdan qoyulub. Bu yola qısa ekskursiya edək:-
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib və verməkdə davam edir.
Ölkəmiz 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.
Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.
Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.
2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.
Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparılır.
Bəli bütün bunlariqtisadi cəhətdən öz güçünü artıq bütün cahan dövlətlərinə nümayişkəranə şəkildəgöstərən ölkəmiz üçün bir gisim göstəricidir. Bu sıralamanı hələ ox uzadacaq bir gücə sahib bir ölkədir Azərbaycanımız.
Gücün tükənməz, ucalıın əbədi olsun Vətənim Azərbaycanım!!!
Nəhayət Şirinova
İctimaiyyətçi, yazar.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.
Vətənim-Azərbaycandır. az xəbərlər informasiya portalının redaktoru.
VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ