13:54 - Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir
13:48 - Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
13:44 - Görkəmli şair Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür
13:42 - 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür
12:52 - Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir, icazə müddəti 5 günədək artırılıb
12:50 - Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
12:46 - Polis cərimələrinin 5 faizi sosial müdafiə xəzinəsinə yönəldiləcək – QANUN DƏYİŞDİ
12:42 - Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
12:41 - Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib
12:40 - Mikayıl Cabbarov dayanıqlı inkişaf perspektivləri ilə bağlı panel müzakirədə iştirak edib
12:35 - Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
17:31 - Təbrik edirik.
13:34 - GÜNƏŞƏ QOVUŞMAQ İSTƏYİRƏM MƏN.
ÜST Azərbaycana ekspert missiyası təşkil etdi - FOTO
ÜST-ün Azərbaycan Nümayəndəliyindən verilən xəbərə görə, bu dəstəyin bir parçası olaraq, ÜST-nin Ölkə Ofisi ehtiyacların qiymətləndirilməsi və ilkin səhiyyə, xəstəxana xidmətləri və tibb işçiləri üçün təlimlər sahəsində ölkəyə dəstək göstəriləcək istiqmətlətin müəyyənləşdirilməsi məqsədilə Azərbaycana ekspert missiyası təşkil edib.
Beş gün davam edəcək missiyanın tərkibi 9 beynəlxalq ekspert və ÜST Azərbaycan Ölkə Ofisinin 8 tibb mütəxəssisindən ibarətdir. Səfərin ilk günündə ekspertlər səhiyyə naziri Teymur Musayev və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ilə görüşərək missiyanın fəaliyyəti, həmçinin ölkəyə göstəriləcək texniki yardım planlarını müzakirə ediblər.
Ekspertlər Azərbaycan Tibb Universiteti, Dövlət Həkimləri Təkmilləşdirilməsi İnstitutu, Bakıdakı tibb kollecləri və Bakı Baş Səhiyyə Mərkəzində görüşlər keçirməyi planlaşdırır. Bundan başqa, Bakı şəhəri və Şamaxı rayonunda yerləşən 10 dövlət və özəl xəstəxana və ilkin səhiyyə xidməti mərkəzlərinə səfərlər nəzərdə tutulur. Eyni zamanda, ÜST-nin Şamaxıda həyata keçirdiyi digər təşəbbüs – İlkin Səhiyyə Xidmətinin Təşkilinə dair Nümayiş Layihəsi ilə bağlı tövsiyələr hazırlamaqla Azərbaycanda ilkin səhiyyə xidmətinin gələcəyinə dair görüşlərə töhfə verilməsi də missiyanın gündəliyindədir. Missiyanın sentyabr ayının 23-də Bakıda texniki dəstəyin istiqamətlərinin müzakirəsi və müəyyən edilməsi məqsədilə milli tərəfdaşların, o cümlədən 30-dan artıq azərbaycanlı tibb işçisinin də iştirak edəcəyi seminar ilə yekunlaşacağı gözlənilir.
ÜST Azərbaycanın səhiyyə sisteminin gücləndirilməsi istiqamətindəki səylərini dəstəkləmək və ictimai səhiyyədə fövqəladə halların effektiv aşkarlanması və qarşısının alınması imkanlarının artırıması məqsədilə bir sıra layihələr həyata keçirir. Sözügedən missiya ÜST-nin Azərbaycanın səhiyyə sisteminə davamlı dəstəyinin tərkib hissəsidir.