13:54 - Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir
13:48 - Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
13:44 - Görkəmli şair Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür
13:42 - 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür
12:52 - Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir, icazə müddəti 5 günədək artırılıb
12:50 - Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
12:46 - Polis cərimələrinin 5 faizi sosial müdafiə xəzinəsinə yönəldiləcək – QANUN DƏYİŞDİ
12:42 - Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
12:41 - Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib
12:40 - Mikayıl Cabbarov dayanıqlı inkişaf perspektivləri ilə bağlı panel müzakirədə iştirak edib
12:35 - Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
17:31 - Təbrik edirik.
13:34 - GÜNƏŞƏ QOVUŞMAQ İSTƏYİRƏM MƏN.
Ombudsman Azərbaycan səfirliklərinə hücumlarla bağlı müraciət etdi
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva azərbaycanlı diplomatların fəaliyyət göstərdiyi dövlətlərə müraciət edib.
VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ xəbər verir ki, bu barədə S.Əliyevanın xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə edilən hücumlarla bağlı yaydığı açıqlamada bildirilib.
Ombudsman Ermənistan hökumətini üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməyə, etnik mənsubiyyətə görə ayrı-seçkiliyə yol verməməyə və azərbaycanlılara qarşı nifrət siyasətindən tez bir zamanda əl çəkməyə çağırıb:
“Bu cür hücumların digər ölkələrdə də baş verə biləcəyini nəzərə almaqla beynəlxalq ictimaiyyətə və azərbaycanlı diplomatların fəaliyyət göstərdiyi dövlətlərə müraciət ünvanlayaraq, Ermənistanın siyasi-hərbi rəhbərliyinin təhriki ilə törədilən və tərəflər arasında etnik zəmində düşmənçiliyi təşviq edən, insanların həyat və sağlamlığına qəsd edən təxribatların qarşısının alınmasında, o cümlədən səfirliklərin, diplomatik nümayəndəliklərin mühafizəsinin təmin olunmasında beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn tədbirlərin görülməsinə dəvət edirəm.
Uzun illərdir ki, Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə bərabər etnik zəmində nifrət və bundan irəli gələn soyqırım və terror siyasəti həyata keçirən Ermənistan hələ də insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş təxribatlar törətməkdə davam edir.
Bu günlərdə Livanda yaşayan erməni əsilli ekstremist qüvvələrin “aksiya” keçirmək adı ilə Beyrut şəhərində Azərbaycan səfirliyinin qarşısına toplanaraq səfirlik binasına hücum etməyə və azərbaycanlı diplomatların həyatlarına yönəlik qəsdlərə cəhd göstərmələri faktı bunu bir daha təsdiqlədi. Bu cür hallar Amerika Birləşmiş Ştatları və Fransadakı səfirliklərimiz qarşısında da yaşanmışdır. Xüsusilə Fransada “dinc aksiya” keçirmək adı ilə radikal formada səfirliyimizin binasına daxil olmağa cəhd edilmiş, vandalizm xarakterli əməllər törədilib. Təəssüf ki, səfirlik binası və diplomatların mühafizəsi beynəlxalq hüququn tələblərinə uyğun şəkildə təmin edilməyib. Bu isə dövlətlərin beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəliklərin pozulması deməkdir.
Belə ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə edilmiş bu hücumlar beynəlxalq hüququn, xüsusilə də BMT tərəfindən qəbul edilmiş “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasının, "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyasının kobud pozuntusudur.
Ermənistanda və onun sərhədlərindən kənarda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin formalaşmasına səbəb olan, tərəflər arasında dayanıqlı sülhün təmin edilməsinə maneə yaradan bu kimi xoşagəlməz hadisələri, eyni zamanda erməni əsilli şəxslər tərəfindən açıq çıxışlarda, sosial mediada düşmənçiliyi təşviq edən nifrət və kin dolu ifadələrin işlənməsini kəskin şəkildə pisləyirik”.
VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ