17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
ABŞ Cənubi Qafqazda minatəmizləmə əməliyyatlarına 2 milyon dollar ayırdı
Birləşmiş Ştatlar bölgədə sülhün və əməkdaşlığın inkişafı məqsədilə Cənub Qafqazda 2020-ci ildə Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında intensiv döyüşlər gedən ərazilərin minalardan təmizlənməsi üçün 2 milyon ABŞ dolları məbləğində humanitar yardımın ayrılmasını bəyan etməkdən məmnundur.
VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.“Münaqişə bölgəsində mövcud olan mina və partlamamış sursatlar mülki əhali arasında ölüm və yaralanmaya hallarına səbəb olur, iqtisadi inkişafın qarşısını alır və məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıdışına maneə yaradır.
ABŞ-ın 2021-ci ilin noyabr ayında ayırdığı 500,000 dollarlıq yardımı ilə başlayan maliyyə dəstəyi minaların zərərsizləşdirilməsi sahəsində çalışan təşkilatlarının texniki bacarıqlarının artırılması və ərazilərin ölümcül mina və partlamamış sursatlardan təmizlənməsinə yönəlib. Sözügedən səylər insanların təhlükəsizliyinin təminatında habelə məcburi köçkünlərin öz evlərinə qayıdaraq həyatlarını yenidən qurmasında mühüm rol oynayır.
Birləşmiş Ştatlar dünyada adi silahların sayının azaldılması üçün ən çox maliyyə ayıran dövlətdir. O, 1993-cü ildən bəri 100-ən çox dövlətə 4,7 milyard dollardan artıq yardım ayıraraq mina və partlamamış sursatların yaratdiğı təhlükələri azaltmağa və beləliklə beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsi təmin etməyə yardım edir”, - deyə məlumatda bildirilir.
VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ