17:31 - Təbrik edirik.
13:34 - GÜNƏŞƏ QOVUŞMAQ İSTƏYİRƏM MƏN.
18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
"Sertifikasiyanın nəticələrinin ictimailəşdirilməsi şagirdlərin müəllimlərə inamını zədələyir" - Depu
"Müəllimlərin sertifikasiyasını dəstəkləyirəm. Bu cür təhlillərə və araşdırmalara ehtiyacın olduğunu düşünürəm. Ancaq hesab edirəm sertifikasiyanın nəticələrinin bu formada ictimailəşdirilməsi təhsilimizin inkişafına töhfə vermir".
Redaktor.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə paylaşımında Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib.
Azərbaycan təhsilində müsbət dəyişiklikləri və islahatları vacib hesab etdiyini vurğulayan deputat əlavə edib ki, müəllimlərin sertifikasiyasının ictimailləşdirilməsi müəllimlərin əhval-ruhiyyəsinə və motivasiyasına müsbət yox, mənfi təsir göstərir:
"Bu həm də şagirdlərin müəllimlərə inamını zədələyir. Ona görə bu cür nəticə və məlumatlardan xidməti məqsədlə istifadə daha məqsədə uyğundur. Bu gün biz gücümüzü daha çox müəllimlərin əhval-ruhiyyəsini yüksək saxlamağa yönləndirməliyik. Əlbəttə qüsur və xəta varsa ciddi cəza da olmalıdır".
Nərmin VÜQARQIZI
VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ