Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Aynur Musayeva: “Ata-baba yurdum Laçında müəssisələr açıb, əhalinin işlə təmin olunmasına töhfə verəcəm”

Aynur Musayeva: “Ata-baba yurdum Laçında müəssisələr açıb, əhalinin işlə təmin olunmasına töhfə verəcəm”
4-09-2022, 13:41 331 dəfə baxılıb

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsi Laçınlılar tərəfindən böyük sevinclə qarşılandı.Laçın rayonu sahibkarların investisiya yatırması, çoxşaxəli biznes layihələri reallaşdırması üçün unikal məkandır.Bu qüruru yaşayanlardan biri də Laçından olan Uşaq İnkişaf Mərkəzinin rəhbəridir.
“Yeni Gündəm”in müsahibi əslən Laçından olan, Uşaq İnkişaf Mərkəzinin rəhbəri, Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvü Aynur Musayevadır.
Aynur xanım, Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı xəbəri necə qarşıladınız, hansı hissləri keçirdiniz?
Laçın şəhərinin tam olaraq Azərbaycanın nəzarətinə keçməsi qürurumuza qürur qatdı. Avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşdiyinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verməklə xalqımıza, Laçınlılara böyük sevinc yaşatdı.Artıq ata-baba yurdum, dağ vüqarlı məğrur Laçın tamamilə azaddır! Bu tarixi hadisənin qürurunu və xoşbəxtliyini yaşayırıq.
Laçın şəhəri üzərində nəzarətin bərpası 44 günlük Vətən Müharibəsində qəhrəman övladlarımızın sayəsində əldə etdiyimiz qələbənin davamıdır. Bu sevinci bizə yaşadan qəhrəman övladlarımıza, cənab Prezidentə sonsuz minnətdarıq!
Bütün bunlar doğma Laçının bərpasının sürətlənməsi, on minlərlə Laçınlının tezliklə öz doğma dədə-baba yurdlarına qayıtması deməkdir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa-quruculuq işləri aparılır, infrastruktur layhələri reallaşdırılır. Laçınlı, həmçinin sahibkar xanım olaraq doğma diyarınızla bağlı planlarınız necədir?
Azad olunan ərazilərimizin dirçəldilməsi üçün aparılan sürətli yenidənqurma işlərini qürurla izləyirik.
Dövlətimiz doğma Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün nəhəng işlər görür. Ermənilərin viran qoyduğu cənnət Laçında da hazırda yol infrastrukturu yenidən qurulur, elektrik enerjisi çəkilir, iqtisadiyyatın və turizmin inkişafına təkan verəcək yeni beynəlxalq aeroport tikilir.
Düşünürəm ki, bütün bu geniş miqyaslı işlərə sahibkarlarımızın da dəstək verməsi olduqca vacibdir. Mən də bir sahibkar olaraq ata-baba yurdum Laçında bir sıra layihələr reallaşdırmaq arzusundayam. Laçında İnkişaf Mərkəzi və iaşə müəssisələri açıb, əhalinin işlə təmin olunmasına töhfə verəcəm. Ata-babamın vaxtilə Laçında gördüyü xeyirxah işləri davam etdirəcəm.
Bu, həm də mənim mənəvi borcumdur. Mən Laçın camaatına həmişə əl tutmuş, dayaq olmuş fəal ictimaiyyətçi, tanınmış iqtisadçı alim, mərhum professor Kamil Həsənovun qızıyam.Rayonumuzun tanınan ziyalısı əmim Hüseyn Hüseynov “Laçın” qəzeti redaksiyasının baş redaktoru olub. Qayınatam Musa Musayev Laçın rayonunda məsul vəzifələrdə çalışıb. İnanıram ki, Laçının azadlığa qovuşması ilə bu gün atamın və haqq dünyasına qovuşmuş bütün Laçınlıların ruhu şaddır.
Laçın rayonu böyük iqtisadi potensiala malikdir. Bu, iş adamları üçün nə kimi imkanlar açır?
Bəli, Laçın rayonu geniş iqtisadi imkanlara sahibdir. Dağlar qoynunda yerləşən, gözəl təbiəti olan Laçın mən deyərdim ki, bir cənnətdir. Laçın yeraltı və yerüstü zənginliklərilə seçilir. Rayonda turizm, mineral susənayesi, kənd təsərrüfatı, heyvandarlıq sahəsində böyük biznes imkanları var.

Laçın rayonunda arıçılıq, meyvəçilik, üzümçülük kimi sahələri inkişaf etdirməklə böyük nailiyyətlər əldə etmək olar. Təbii ehtiyatlarla zəngin olan rayonda çoxlu mineral sular, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif tikinti materialları yataqları var. Bütün bunlar gələcəkdə Azərbaycan iqtisadiyyatına böyük fayda gətirəcək. Bu gün Laçında beynəlxalq hava limanı tikilir. Hava limanı regionun iqtisadi inkişafına böyük təkan verəcək, həmçinin bölgəyə investisiya yatırımlarını artıracaq. Hava limanı nəqliyyat-logistika imkanlarının genişlənməsi, sahibkarların məhsullarını digər regionlara daha tez çatdırması və bölgənin tezliklə turizm mərkəzinə çevirilməsi üçün əlverişli imkan deməkdir.

Bu baxımdan Laçın rayonu sahibkarların investisiya yatırması, çoxşaxəli biznes layihələri reallaşdırması üçün unikal məkandır. Düşünürəm ki, Qarabağın dirçəldilməsinə böyük töhfələr verən sahibkarlarımız tezliklə Laçında da uğurlu layihələrə imza atacaqlar, dövlətimizin bu sahədə gördüyü işlərə öz dəstəklərini verəcəklər. Onu da deyim ki, bu gün qadın sahibkarlarımız işğaldan azad olunan ərazilərdə biznes layihələri həyata keçirməkdə maraqlıdır və bu istiqamətdə fəallıq göstərirlər. Üzvü olduğum Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası bu sahədə qadın sahibkarlarımıza böyük dəstək göstərir.
 
VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI