17:31 - Təbrik edirik.
13:34 - GÜNƏŞƏ QOVUŞMAQ İSTƏYİRƏM MƏN.
18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərlə görüş keçirilib.
RİH başçısı Seymur Orucovun sədrliyi ilə keçən görüşdə, müavinləri, kənd təsərrüfatı üzrə məsul qurumların nümayəndələri, ağstafalı fermerlər iştirak ediblər.
Seymur Orucov çıxış edərək regionların sosial-iqitisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrlə əlaqədar rayonda görülmüş işlərdən, aqrar sahənin inkişafı istiqamətlərindən, bu sahədə fermer və sahibkarlara göstərilən yüksək dövlət qayğısından söz açıb.
Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramiz İmanov məruzəsində rayon ərazisində taxıl səpini, yazlıq-payızlıq əkin, səpilmiş dənli bitkilər, yoncalıqlar və örüş sahələrinin ümümi vəziyyəti, heyvandarlıq, arıçılıq, baramaçılıqla bağlı görülmüş işlər barədə məlumat verərək qeyd edib ki, mütəmadi olaraq torpaq sahələrindən nümunə götürülərək aqrokimiyəvi analiz aparılır, torpaqda hansı kimyəvi elementin az və ya çox olduğu müəyyən olunur və fermerlərə əkin planlaşdırılması üçün tövsiyələr verilir. Həmçinin qeyd olunub ki, 2019-cu ildən bu günədək 11802 fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmişdir. Hazırda təkrar əkinlər üzrə bəyan prosesi davam etdirilir.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə fermerləri maraqlandıran məsələlər, onların irə sürdükləri təklif və müraciətlər qəbul olunaraq nəzarətə götürülüb. Rayonun aqrar sahəsində innovativ texnologiyaların geniş tətbiqi ilə məhsuldarlığın artırılması və inkişafı yolları, payızlıq şumun mövcud durumu, suvarma suyu, gübrə, texnika təminatı ilə bağlı məsələlər geniş şəkildə müzakirə olunub.Nəsibova Günəş
VETENİM-AZERBAYCANDIR.AZ