Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Milyarder Rusiya vətəndaşlığından imtina edib Qarabağa köçür

Milyarder Rusiya vətəndaşlığından imtina edib Qarabağa köçür
2-09-2022, 12:56 244 dəfə baxılıb

Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etmək və Qarabağa köçmək qərarına gəlib.
VETENİM-AZERBAYCANDIR.AZ  “Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə məlumatı R.Vardanyan öz yutub kanalında paylaşıb.
Vardanyan qeyd edib ki, üzərinə hansı riskləri götürdüyünü anlayaraq Rusiya vətəndaşlığından imtina etmək və Ermənistan vətəndaşı kimi Qarabağa köçmək barədə qərar qəbul edib.
“Bu qərarı vermək mənim üçün asan olmadı, lakin belə düzgündür”, - deyə o söyləyib.
Qeyd edək ki, “Forbes” 2021-ci ildə Ruben Vardanyanın sərvətini 1 milyard dollar olaraq qiymətləndirib. O, “Troyka Dialoq” investisiya şirkətinin təsisçisi və sabiq sahibidir.



VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI