18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
Milli dövlətçiliyin sarsılmaz əsaslarını yaradan Ulu öndər Heydər Əliyev
Ulu öndər Heydər Əliyevin 31 il öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Ürəyi və düşüncəsi ilə həmişə xalqının yanında olan Heydər Əliyev 1990-cı ildə törədilmiş 20 yanvar faciəsi zamanı Azərbaycan xalqına qarşı həyata keçirilən siyasətə etirazını bildirdi. Bu etiraz ona qarşı siyasi təqiblərin daha da şiddətlənməsinə səbəb oldu. Çünki bu, sadə bir şəxsin deyil, milyonları arxasınca apara biləcək bir xalq liderinin mövqeyi idi. Azərbaycanın müstəqilliyinin ilk illərində bir tərəfdən erməni işğalına, digər tərəfdən kənar qüvvələrin müdaxiləsinə məruz qalan ölkə xaos və anarxiyaya yuvarlanmışdı. Belə bir ağır vaxtda illər boyu qurub yaratdığı Azərbaycana qayıdıb xalqı ilə birlikdə olmaq istəyən Heydər Əliyevin qarşısına Sovet İttifaqının rəhbərliyi tərəfindən sipər çəkilirdi. Bütün çətinliklərə baxmayaraq, Heydər Əliyev doğma Naxçıvana gəldi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Həmin dövrdə siyasi və iqtisadi blokadanın sərt qanunları ilə yaşayan muxtar respublika erməni silahlılarının hücumlarına məruz qalırdı. Sərt iqlimi olan Naxçıvan əhalisi elektrik enerjisi və təbii qazdan məhrum edilmişdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən iki dəfə İran İslam Respublikasına səfər edən Ümummilli lider Heydər Əliyev rəsmi Tehranla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurdu. Heydər Əliyev Türkiyə ilə də əlaqələri diqqət mərkəzində saxlayaraq Sədərək-Diliucu körpüsünün tikilməsi təşəbbüsü ilə çıxış etdi və tez bir zamanda iki qardaş xalqı birləşdirən körpü istifadəyə verildi. Bu körpüyə həmin dövrdə xalq arasında “Ümid” körpüsü adı verildi ki, bu da təsadüfi xarakter daşımırdı. Xalqın Heydər Əliyevə olan ümidləri gündən-günə özünü doğruldurdu. İran və Türkiyə ilə qurulan əməkdaşlığın nəticəsində muxtar respublika elektrik enerjisi, təbii qaz və ərzaqla təmin edildi.
Bu zaman Azərbaycanda siyasi vəziyyət vətəndaş müharibəsi həddinə çatmışdı. Sovet İttifaqı tamamilə süquta uğramışdı və bu süqutun qarşısını almaq üçün Dağlıq Qarabağın işğalı planını reallaşdırıldı. Torpaqlar işğal edildikcə, milli iqtisadiyyat çökdükcə, əhalinin sosial vəziyyəti ağırlaşdıqca xalqın yaddaşında Heydər Əliyevin qurucu və yaradıcı obrazı canlanırdı. Ziyalılar və xalq kütlələri Naxçıvana axışaraq Heydər Əliyevdən hakimiyyətə qayıtmasını təkidlə tələb edirdilər. Azərbaycanın bir dövlət kimi məhv olmasına və xalqın səfalət içində yaşamasına göz yuma bilməyən Heydər Əliyev 1993-cü ildə xalqın səsinə səs verərək hakimiyyətə qayıtdı. İlk növbədə vətəndaş müharibəsinin qarşısını alan Heydər Əliyev atəşkəs rejiminin yaranmasına nail olaraq erməni işğalını dayandırdı, minlərlə vətən övladının şəhid olmasının qarşısını aldı. Heydər Əliyevə beynəlxalq nüfuzunu itirmiş və ağır iqtisadi vəziyyətdə olan Azərbaycan miras qalmışdı. Özünün siyasi bəsirəti və uzaqgörənliyi ilə Heydər Əliyev Azərbaycanı dirçəltməyə başladı. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ildə xalqımızın intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrildi. Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqımızın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi və sosial-iqtisadi yüksəlişə nail olması kimi misilsiz tarixi prosesi əhatələyir. Bu dövrdə Azərbaycan dünyada tanındı, beynəlxalq birliyin fəal üzvü kimi yerini möhkəmləndirdi, nüfuz sahibinə çevrildi. Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu.
Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən 19 ildə Azərbaycan dövlətinin qazandığı bütün uğurların təməlində Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla həyata keçirilməsi dayanır. Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması idi. Bu həm də Ulu Öndərin möhtərəm İlham Əliyevə ata vəsiyyəti idi. Prezident İlham Əliyev bu vəsiyyəti layiqincə, əsl Azərbaycan oğluna məxsus şəkildə yerinə yetirdi. İndi Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki bu qələbə ilə Prezident, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin vəsiyyətini, xalqımızın arzusunu yerinə yetirdi.44 günlük Vətən müharibəsi günlərində xalqımız Prezident İlham Əliyevin necə bir qətiyyətli, cəsarətli lider olduğunu gördü. Dövlət başçısının müdrikliyi, nüfuzu, xarizması nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycanın haqq işinə ehtiramla yanaşdı. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət İkinci Qarabağ müharibəsinin nəticələrini tam qəbul edir.Eyni zamanda bütün dünyada Azərbaycan, qüdrətli və həm də güclü lideri olan dövlət kimi tanınır. Bu şanlı Qələbə bir daha Heydər Əliyev siyasi kursunun yeganə doğru yol olduğunu və ölkəmizin məhz bu yolla davam edərək bundan sonra daha böyük qələbələrə imza atacağını təsdiq edir.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
VETENİM-AZERBAYCANDIR.AZ