17:31 - Təbrik edirik.
13:34 - GÜNƏŞƏ QOVUŞMAQ İSTƏYİRƏM MƏN.
18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
Ali məktəblərə imtahanlarda yüksək bal toplamış zəngilanlı abituriyentlərlə görüş keçirilmişdir
29 avqust 2022-ci ildə Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin(AOPE) təşkilatçılığı ilə ali təhsil müəssisələrinə qəbul imtahanlarda yüksək bal toplamış zəngilanlı abituriyentlərlə görüş keçirilmişdir. AOPE-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Quliyevin VETENİM-AZERBAYCANDIR.AZ saytına verdiyi məlumata görə görüşdə AOPE-nin İdarə Heyətinin sədri, YAP Zəngilan rayonu üzrə ərazi partiya təşkilatının sədri Emin Əliyev, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov, Zəngilan rayon təhsil sektorunun müdiri Kənan İmaməliyev, abituriyentlərin valideynləri, QHT rəhbərləri, fəal gənclər və media nümayəndələri iştirak etmişdir.
Görüşü açılış nitqi ilə Emin Əliyev açaraq gəncləri yüksək nəticə əldə etmələri ilə bağlı təbrik etmiş, onlara uğurlar arzulamışdır. Çıxış zamanı onların tələbəlik illərində yüksək ixtisaslı kadr kimi yetişmələri və ölkəmizin, o cümlədən Zəngilanın inkişafında töhfə vermələri üçün əzmlə çalışmalı olduqlarını bildirmişdir. Bu yolda dövlət tərəfindən bütün imkanların yaradıldığını bildirmişdir. Emin Əliyev çıxışının sonunda yüksək savada sahib övlad yetişdirdikləri üçün abituriyentlərin valideynlərinə təşəkkür etmişdir.
Daha sonra Zəngilan rayon icra hakimiyyətinin başçısının müavini Nizami Mönsümov çıxış edərək gəncləri və valideynləri təbrik etdi. Dövlətin yüksək ixtisaslı kadrlara hər zaman ehtiyacının olduğunu bildirərək gənclərə həyatlarında peşə uğurları arzuladı. Sonra gənclər, onların valideynləri çıxış edərək bu görüşə görə təşkilatçılara təşəkkür etdilər. Daha sonra Təhsil sektorunun müdiri Kənan İmaməliyev, Qeyd İctimai Birliyinin sədri Tural Nurməmmədov və digər qonaqlar çıxış edərək uğur qazanan abituriyentlərə uğurlar arzuladıar.
Sonda Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi (AOPE) tərəfindən uğur qazanan şagirdlərə qiymətli hədiyyələr verilib, xatirə şəkilləri çəkildi.Qeyd edək ki, abituriyentlərdən Cabbarlı Könül Asif qızı 640 bal, Əliyeva Mədinə Kənan qızı 634 bal, Ağayev Nahid Valeh oğlu 601 bal, Əlizadə İsmayıl Ceyhun 687.4 bal toplayıb.
Fəxriyyə Lilpar
VETENİM-AZERBAYCANDIR.AZ