17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
Xaricdəki Azərbaycan Mədəni-Maarif mərkəzinin sədri ilə görüş.
Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai Birliyinin təşkilatçılığı ilə, Bakıda olarkən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki “Çinar” Azərbaycan Mədəni Maarif Mərkəzinin təsisiçisi, Sankt-Peterburq dövlət universitetinin müəllimi, şərqşunas alim, Xeyransa xanım Mirzəyevlə görüş təşkil edilmişdir. Tədbiri giriş sözü ilə acan “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadə əvvələcə gələn qonaqları salamlayaraq bildirdi ki, bir çox xarici ölkələrdə yaşayan soydaşlarımız Azərbaycanın qüdrətlənməsi ücün əllərindən gələni etməyə çalışır və əsasən də Azərbaycanın qüdrətli ordusunun erməni qəsbkarları üzərində əldə etdiyi zəfər qələbəmizdən sonra daha da fəallaşıblar.Belə təşkilatlardan biri də Rusiya Federasiyasının Sankt-Peterburqdakı “Çinar” Azərbaycan Mədəni-Maarif Mərkəzidir. Bu mərkəzin əsas məqsədi Rusiyada xalqımızın mədəniyyətini təbliğ etmək olmasına baxmayaraq, Azərbaycanla bağlı təşkil olunan tale-yüklu tədbirlərin təşkilində də cox yaxından iştirak edir, yaşadıqları ölkədə daima Azərbaycanın nüfuzunun qaldırılması yönümdə işlər aparırlar .Daha sonra cıxış ücün söz, Rusiya Federasiyasının Sankt-Peterburqdakı “Çinar”Azərbaycan Mədəni-Maarif Mərkəzinin sədr şəqrşumas alim Xeyransa Mirzəyevaya verildi. O bildirdi ki, 1 gün öncə onlar, Şuşa şəhərində oldular və söylədi ki, bu hadisə onun xatirələrində daima yaşayacaqdır. Daha sonra o, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan mədəniyyətinin təbliğ olunması baxımından gördükləri işlərdən xeyli danışdı.Daha sonra çıxış edən yazıcılar birliyinin üzvü, şairə Aygün Hüseyn, "Vətənim-Azərbaycandır.az" saytının təsiscisi və baş redaktoru, Kamran Orucov,. Şəhid Anası Kəmalə Abdullayeva, 44 Günlük Vətən Müharibəsinin qazisi Sübhan Həsənov,“Jurnalistlər Ekstremal Vəziyyətdə” ictimai birliyinin sədri Firuzə Əsədullayeva,”Qadın Dünyası” ictimai birliyin sədri Niftəliyeva Kifayət,mədəniyyət işçiləri, İlham İbrahimov,Zülfiyyə İbrahimova, Mətanət Mirzəyeva və başqaları Azərbaycanın daha da qüdrətlənməsi naminə soydaşlarımızın milli həmrəylik və birliklərinin daha da gücləndirilməsindən söhbət açdılar və xaricdəki soydaşlarımızın daha da fəal olmaqlarını arzuladılar .
Tofiq Əlizadə