Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xaricdəki Azərbaycan Mədəni-Maarif mərkəzinin sədri ilə görüş.

Xaricdəki Azərbaycan Mədəni-Maarif   mərkəzinin sədri  ilə görüş.
21-08-2022, 19:12 396 dəfə baxılıb

“Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai Birliyinin təşkilatçılığı ilə, Bakıda olarkən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki “Çinar” Azərbaycan Mədəni Maarif  Mərkəzinin  təsisiçisi, Sankt-Peterburq  dövlət universitetinin müəllimi, şərqşunas alim, Xeyransa xanım Mirzəyevlə görüş  təşkil edilmişdir. Tədbiri giriş sözü ilə acan “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadə əvvələcə gələn qonaqları salamlayaraq bildirdi ki, bir çox xarici ölkələrdə yaşayan soydaşlarımız Azərbaycanın qüdrətlənməsi ücün əllərindən gələni etməyə çalışır və əsasən də Azərbaycanın qüdrətli ordusunun erməni qəsbkarları üzərində əldə etdiyi zəfər qələbəmizdən sonra daha da fəallaşıblar.Belə təşkilatlardan biri də Rusiya Federasiyasının Sankt-Peterburqdakı “Çinar” Azərbaycan Mədəni-Maarif Mərkəzidir. Bu mərkəzin əsas məqsədi Rusiyada xalqımızın mədəniyyətini təbliğ etmək olmasına baxmayaraq, Azərbaycanla bağlı təşkil olunan tale-yüklu tədbirlərin təşkilində də cox yaxından iştirak edir, yaşadıqları ölkədə daima Azərbaycanın nüfuzunun qaldırılması yönümdə işlər aparırlar .Daha sonra cıxış ücün söz, Rusiya Federasiyasının Sankt-Peterburqdakı “Çinar”Azərbaycan Mədəni-Maarif Mərkəzinin sədr şəqrşumas alim Xeyransa  Mirzəyevaya verildi. O  bildirdi ki, 1 gün öncə onlar, Şuşa şəhərində oldular və  söylədi ki, bu hadisə onun xatirələrində daima yaşayacaqdır. Daha sonra o, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan mədəniyyətinin təbliğ olunması baxımından gördükləri işlərdən xeyli danışdı.Daha sonra  çıxış edən  yazıcılar birliyinin üzvü, şairə Aygün Hüseyn, "Vətənim-Azərbaycandır.az" saytının təsiscisi və baş redaktoru, Kamran Orucov,. Şəhid Anası Kəmalə Abdullayeva, 44 Günlük Vətən Müharibəsinin qazisi Sübhan Həsənov,“Jurnalistlər Ekstremal Vəziyyətdə” ictimai birliyinin sədri Firuzə Əsədullayeva,”Qadın Dünyası” ictimai birliyin sədri  Niftəliyeva Kifayət,mədəniyyət işçiləri, İlham İbrahimov,Zülfiyyə İbrahimova, Mətanət Mirzəyeva və başqaları Azərbaycanın daha da qüdrətlənməsi naminə soydaşlarımızın milli həmrəylik və birliklərinin daha da gücləndirilməsindən söhbət açdılar və xaricdəki soydaşlarımızın daha da fəal olmaqlarını  arzuladılar .

Kamran Orucov 
"Vətənim-Azərbaycandır.az" 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI