Azərbaycanın uğurlu enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində mühüm faktordur.
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə Bakıda kecirilmiş görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji memorandumu imzalanıb.Artıq bu bir həqiqətdir ki, Azərbaycan həm geosiyasi, həm iqtisadi baxımdan bir çox xarici dövlətlər və Beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaş kimi qiymətləndirilir.
Prezidenti İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharıbəsində qazanılan tarixi qələbədən sonra Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaratmış oldu ki, bu da ölkəmizin beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Ölkəmizin enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatçıdır.
Avropa ittifaqı ilə Azərbaycan enerji münasibətlərinə dair Anlaşma Memorandumunun imzalanması Azərbaycanın Avropa İttifaqı ilə strateji əməkdaşlığına yeni töhfələr verəcəkdir.Azərbaycan bütün dünyanın diqqət mərkəzində olan olkələdən biri olmaqla bölgədə ən etibarlı strateji tərəfdaşdır.Bu amil ölkəmizin dünyanın siyasi arenasında böyük nüfuz və söz sahibi olmasını bir daha təstiqləyir.
Enerji sahəsində əməkdaşlıq strateji xarakter daşımaqla yanaşı Azərbaycanla və Avropa İttifaqı arasında münasibətlərin uğurla inkişaf edəcəyinə xidmət edəcəkdir. Cənubi Qafqaz geosiyasi məkanının lider dövləti olan Azərbaycan zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadəsi ilə dünyada enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və dinamik xarici siyasət nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal üzvü olmaqla,öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları əsasında reallaşdırır.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri