“Azad edilmiş ərazilərdə böyük su anbarları və su kanallarının tikintisi habelə içməli su təchizatı da nəzərdə tutulur” – iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşəvirədə çıxış edən dövlətimizin başçısı qeyd etmişdir.
Ölkə başçısı çıxışı zamanı ötən müddət ərzində daxili və xarici siyasətdə əldə etdiyimiz uğurlardan və qarşıda duran vəzifələrdən geniş bəhs etmişdir. Cənab Prezident xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələrinin icrası vəziyyətindən və nəzərdə tutulmuş “Böyük qayıdış”ın reallığa çevrilməsi istiqamətində dövlətimizin atdığı addımlardan və görülən işlərdən danışmışdır. Xüsusilə müasir dövrümüzün qlobal problemlərindən birinə çevrilmiş quraqlıq və su təminatı məsələlərinə toxunan dövlətimizin başçısı Azərbaycan hökümətinin bu istiqamətdə həyata keçirdiyi işlərdən bəhs etmiş və bu işlərin işğaldan azad edilmiş ərazilərimizdə də icrasının vacibliyini qeyd etmişdir.
Məlumat üçün bildiririk ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuz 44 günlük Vətən müharibəsində düşməni darmadağın edərək torpaqlarımızı iş¬ğaldan azad etmişdir. Böyük qələbədən sonra dövlətimiz qarşısında ən böyük vəzifələrdən biri olan işğaldan azad edilmiş ərazilərin bərpası məqsədilə bir sıra infrastruktur layihələri icra edilməyə başlanıldı. İcra edilən layihələr içərisində xüsusi olaraq günümüzdə həyati əhəmiyyət daşıyan su təchizatının bərpası məqsədilə işlərə start verildi. Məlumat üçün bildiririk ki, işğaldan azad edilmiş ərazilərimiz zəngin su ehtiyatlarına malikdir. İşğaldan öncə bu ərazilərdə içməli və suvarma suyunun təminatı məqsədilə su anbarları inşa edilmiş və kanallar çəkilmişdi. Lakin bütün sahələrlə yanaşı erməni vandallığı nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə su təsərrüfatı sistemi də dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Müharibə bitdikdən sonra su təminatının yaxşılaşdırılması məqsədilə geniş tədbirlər həyata keçirilməyə başlanıldı. Belə ki, Qarabağın ən dilbər guşəsi olan Şuşa şəhəri işğaldan azad olunduqdan bir neçə gün sonra şəhərin su təchizatı sistemlərinin bərpasına baş¬lanıldı. Mürəkkəb relyef və sərt iqlim şəraitində Şuşaya gələn əsas magist¬ral su kəmərinin qəzalı hissələri qısa müddətdə bərpa edildi və no¬yabrın 25-də Şuşaya suyun verilişi bərpa edildi. Həmçinin suqəbuledici qurğularda yenidənqurma işləri aparıldı. Bununla da Şuşa şəhərinin dayanıqlı içməli su ilə təminatı istiqamətində mühüm vəzifənin icrası başa çatdırıldı. Bundan əlavə olaraq bildiririk ki, Şuşa şəhərində gələcəkdə hər birinin tutumu 500 kubmetr olan 3 ədəd su anbarının tikintisi də nəzərdə tutulmuşdur.
Xüsusi olaraq qeyd etməliyik ki, Şuşa şəhəri ilə yanaşı, işğal¬dan azad edilmiş Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı və Zəngilan rayonlarında da su təminatı ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüşdür.
Su kimi müqəddəs nemətin qo¬runması, onun keyfiyyətinin təmin olunması, gələcək nəsillər üçün eti¬barlı mənbələrin formalaşdırılması müstəqil Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətinin əsas istiqamətini təşkil edir. Qarşıda işğaldan azad olunmuş ərazilərimizdə su təchizatı sistemlərinin bərpası kimi müqəddəs missiya dayanır. İnanırıq ki, bundan sonra işğaldan azad edilmiş ərazilərimizdə su infrastrukturunun yaxşılaşdırılması nəticəsində su təminatı çətin olan ərazilərə suyun davamlı verilməsinə, əkin sahələrinin genişləndirilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranacaq. Bütün bunlar isə son nəticədə ölkəmizin zənginləşməsinə, əhalinin rifah halının yaxşılaşmasına və bol məhsuldarlığın yaranmasına imkan verəcəkdir.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri.
Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az".