Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan və Özbəkistan münasibətləri inkişaf edir və möhkəmlənir.

Azərbaycan və Özbəkistan münasibətləri inkişaf edir və möhkəmlənir.
29-06-2022, 16:18 236 dəfə baxılıb

Azərbaycan və Özbəkistan münasibətləri inkişaf edir və möhkəmlənir.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır.Səfər zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılması və eyni zamanda 20-dək sənədin imzalanması, Prezident cənab İlham Əliyevin ən yüksək səviyyədə qarşılanması, Özbəkistan Prezidentinin Azərbaycan və Ümumilli liderimiz haqqında söylədiyi fikirlər bu səfərin, ikitərəfli münasibətlərin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığını bir daha təsdiqləmiş olur.

Qeyd edək ki, 1997-ci ildə ulu öndər Heydər Əliyev Özbəkistana səfər etmiş, bir sıra mühüm sənədlərin imzalanmasına nail olmuşdur. Prezident cənab İlham Əliyevin Özbəkistana dövlət səfərinin ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf etməsi, Daşkənddə Heydər Əliyev Meydanının açılışı, Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə fikirləri qardaş ölkədə Azərbaycan xalqının ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir.

Onu da qeyd edim ki, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu bu münasibətlər Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən daha da inkişaf edir və möhkəmlənir. Təbii ki, türk dünyası ilə olan münasibətlərin hər biri qürur vericidir.

Bu gün Azərbaycan xarici strategiyasını uğurla davam etdirir. Və bu bizim üçün böyük uğur böyük göstəricidir. Çünki ölkəmiz məhz əməkdaşlıq münasibətlərində nümunəvi bir dövlətdir. 21 iyun tarixli səfər çərçivəsində müzakirə olunmuş mövzular, əldə olunmuş razılaşmalar Azərbaycanın Özbəkistanla arasında münasibətlərin gələcək dövrdə yüksələn xəttlə inkişafında əsas rol oynayacaq.

Mehdi Balabəyov
Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri.

 Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI