Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xalqla bir döyünən ürək!

Xalqla bir döyünən ürək!
25-06-2022, 14:33 242 dəfə baxılıb

Xalqla bir döyünən ürək! 

🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
Azərbaycan xalqının böyük oğlu, Dahi Ulu Öndərimiz Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri kimi fəaliyyətə başlaması müstəqillik illərimizin dönüş nöqtəsi kimi tariximizə həkk olunub və hər bir azərbaycanlının yaddaşına silinməz izlərlə həkk olunmuşdur. 
1993-cü il 24 iyunda xalqın təkidli tələbi ilə Prezident səlahiyyətlərinin icra etməyə başlaması isə bu günki çiçəklənən Azərbaycanın xoş günlərinin və gözəl rifahının başlanması idi. 
O illərə qısa ekskursiya edək. 
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yenicə müstəqilliyə qədəm qoymuş dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Gəncə şəhərində baş vermiş 1993-cü il 4 iyun hadisələri bu sonluğun kulminasiya nöqtəsi oldu. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanın xalqı xilasını yalniz Heydər Əliyevin simasinda görürdü. Çünki bu böyük insan ümumxalq inamını, etibarını artıq o zamanadək xalqına sədaqətli, şərəfli xidməti ilə qazanmışdı. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi. Bu, həm də AXC-Müsavat hakimiyyətinin satqın və qorxaq mahiyyətini göstərən bir hadisə idi.Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı artiq tarixi zərurət idi. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri dəvət etdi. Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan dəyərli ziyalıları Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etdilər. 
Ulu öndər xalqın müraciətinə səs verdi. Ulu öndər bilirdi ki, milli idealogiya olmasa Azərbaycan da olmayacaq. O, 1969-cu ildə birinci hakimiyyət dövründə başladığı və apardığı kommunist idealogiyası ilə paralel azərbaycançılıq idealogiyasını da həyata keçiridi. Ulu öndərin ikinci hakimiyyət dövründə həmin azərbaycançılıq idealogiyasını gündəmə gətirdi. Bununla, ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi, və iyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi Azərbaycanın taleyində mühüm hadisə oldu. Nəticə etibarilə, ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən üurtardı. Və Ulu Öndərin gəlişi ilə artıq Milli Məclisin iclasları, mətbuat konfransları və digər tədbir və iclaslar birbaşa yayımlanmağa başlanıldı. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. 1993-cü il 24 iyunda keçirdiyi iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri dahi şəxsiyyət Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu da bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi demək idi. Ulu öndər Heydər Əliyev öz fəaliyyətini ilkin olaraq ölkədə islahatların aparılması ilə başladı. Ölkənin bütün sahələrində: elm, təhsil, səhiyyə, mədəniyyət, iqtisadi və siyasi sahələrdə böyük islahatlara başlandı.
Heydər Əliyev yeni neft strategiyasının da təməlini qoydu. Bunun bariz nümunəsi kimi isə “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmiş, 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.Vaxtında atılan bu addımlar böhran həddinə çatmış ölkə iqtisadiyyatını yenidən hərəkətə gətirmiş, iqtisadiyyatın canlanması Azərbaycan Respublikasının beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına və daha qətiyyətli addımların atılmasına səbəb olmuşdur.
Bundan əlavə ölkəmizin iqtisadi güçünün artırılması sahəsində uğurlu siyasət təməli qoyuldu. İqtisadi islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması, müvafiq təkmil qanunvericilik bazasının yaradılması və hüquqi vasitələrin işə salınması ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını reallaşdırmış, qeyri-neft sektoru sürətlə inkişafı bu uğurun növbəti addımları idi. 
Bəlkə də saatlar yox günlər lazımdır ki, bu uğurlu inkişaf yolunu qələmə alag. Davamlı və uğurlu ideoloji xətt ölkədə istənilən sahədə özünü göstərdi. Səhiyyənin inkişafı, kənd təsərrüfatında olan uğurlar, ölkədə gedən yenilənmə və quruculuq, və sadalamadığım ız yüzlərlə sektor. 
Bu böyük siyasət adamının öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri isə özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsi idi. 2003-cü ildə böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilən İlham Əliyev ötən 17 il ərzində ulu öndərin təməlini qoyduğu siyasi-iqtisadi kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq inam və ardıcıllıqla davam etdirir.
"Mən ona özüm qədər inanıram" deyən dünya şöhrətli siyasi xadim, Dahi Ulu Öndərimizin ruhu hər zaman şaddır.
Ona görə ki, Azərbaycan xalqını əmanət etdiyi güclü lider, ideoloji məktəb görmüş Cənab Prezidentimiz İlham Heydər Oğlu Əliyev Azərbaycanı zəif dövlətlər sırasından Dünyaya "Zəfər" lə adını tarixə yazan böyük və güçlü dövlətlər sırasına gətirmiş oldu.
Bəli bu gün Azərbaycan onun güclü səriştəsi və zəkası ilə 30 illik həsrətə son qoyaraq itirilmiş Azərbaycan torpağlarına yeni nəfəs gətirdi,, Qarabağın, Azərbaycanın baş tacı olan Şuşanı azad etdi və "Mən ata vəsiyyətini yerinə yetirdim" deyərək Ulu Öndərin ruhu qarşısında bir hesabat vermiş oldu. Müzəffər Ali Baş Komandanımız və güclü Azərbaycan Ordusu hələ illər öncə Uıu Öndərimizin görmək istədiyi Dünyaya günəş kimi doğan Azərbaycanı təqdim etdi. Ruhun şad olsun Ulu Öndər, Böyük insan!
Sənin ideyaların Azərbaycan yaşadıqca yaşayacaq və inkişaf edəcəkdir!

Nəhayət Şirinova
İctimaiyyətçi, yazar.
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Vətənim-Azərbaycandır. az xəbərlər informasiya portalının redaktoru.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI