Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sumqayıtda “Azərbaycan mədəniyyəti Milli Qurtuluşun işığında” mövzusunda konfrans keçirilib.

Sumqayıtda “Azərbaycan mədəniyyəti Milli Qurtuluşun işığında” mövzusunda konfrans keçirilib.
13-06-2022, 21:28 210 dəfə baxılıb


Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və Sumqayıt Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan mədəniyyəti Milli Qurtuluşun işığında” mövzusunda konfrans keçirilib.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Kazımov və partiya fəalları iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla dərin ehtiramla yad ediblər.

Tədbiri giriş nitqi ilə açan Ramiz Hüseynov bildirib ki, ümummilli lider Heydər Əliyevin tarixi qayıdışını ifadə edən Milli Qurtuluş Günü Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra şanlı tariximizin dönüş nöqtəsini təşkil edib. Azərbaycanın müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən Ulu Öndər, sözün əsl mənasında, xilaskar, qurucu lider rolunu oynadı. Nəticə etibarı ilə ötən dövrə nəzər saldıqda bir daha aydın olur ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır.

R.Hüseynov bildirib ki, Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri də Azərbaycanın tərəqqisi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən işğalından azad edilərək ərazi bütövlüyümüzün bərpa olunması isə zəngin dövlətçilik tariximizin ən qürurlu səhifəsidir.

Sonra çıxış edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev vurğulayıb ki, xalqımız həmişə öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınıb. Kökləri çox-çox qədim zamanlara gedib çıxan milli-mənəvi dəyərlərə malik xalqımızın mədəni həyatında XX əsrdə yeni dövr başlanıb. Bu dövr ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, Ulu Öndər hakimiyyətdə olduğu həm birinci, həm də ikinci dövrdə xalqın mədəniyyətinin inkişafını diqqət mərkəzində saxlayıb.
"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI