Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO

İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
2-06-2022, 13:42 456 dəfə baxılıb

İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar “İrəvan Azərbaycanın tarixi torpaqlarıdır” adlı elmi-praktiki konfrans keçirilib.


"Vətənim-Azərbaycandır.az" Rakus.az  istinadən xəbər verir ki, İrəvan Türk Cümhuriyyətinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda baş tutan konfransın məqsədi dünya ictimaiyyətinə tarixən azərbaycanlıların yaşadıqları İrəvan şəhərinin və ətraf bölgələrin 1918-ci ildə ermənilərə verilməsini, ermənilərin bu ərazilərdə törətdikləri vəhşiliklərini və azərbaycanlalıların öz ata-baba yurdlarında soyqırıma məruz qalaraq deportasiya olunmasını çatdırmaq idi.

Konfransda İrəvan Türk Cümhuriyyətinin nümayəndələri, ağsaqqallar, alimlər, tarixçilər, ziyalılar, elm adamları, müxtəlif təşkilatların nümayəndələri, gənclər iştirak edirdi. Konfransda “İrəvan Azərbaycanın tarixi torpaqlarıdır” adlı foto və kitab sərgisi də keçirildi. Konfransı İTC-nin Azərbaycan Respublikası üzrə səlahiyyətli nümayəndəsi İradə xanım Rİzazadə aparırdı.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şəhidlərimizin ruhuna dualar oxunmaqla onların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransda “İrəvan Azərbaycanın tarixi torpaqlarıdır” adlı video rolik göstərildi.

Məruzə ilə Qafqaz tarixinin Mərkəzinin direktoru, AMEA Hüquq və İnsan haqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov, Azərbaycan Respublikasının əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, İnşaat Memarlıq Universitetinin nəzdində İnşaat kollecinin direktor müavini Muxtar Həsənov, “Ağrıdağ” Xeyriyyə cəmiyyətinin sədri Kamil Babayev, İTC Millət Şurasının üzvü Qələndər Muxtarlı, professor Lütviyyə Əsgərova, yazıçı Güləmail Murad, İTC Dövlət Şurasının sədri Paşa Həsənli, filologiya elmlər doktoru Lütviyyə Əsgərzadə, İTC üzvü , tarixçi Şahlar Hacıyev, İTC Millət Şurasının üzvü Ramazan Hüseynov, tarixçi-araşdırmaçı Xəqani İsmayıl, Rzayev Əməd, tarixçi Khulmann Gülbəniz, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Fatma Sofiyeva, yazıçı, ASKEF-in Azərbaycan və Orta asiya üzrə təmsilçisi Sona İsmayılova və başqaları çıxış etdilər.
Onlar qeyd etdilər ki, Rusiya imperiyasının çökməsi ilə yaranmış Zaqafqaziya Demokratik Federativ Respublikası 26 may 1918-ci ildə süqut etdi və Cənubi Qafqazda müstəqil dövlətlərin formalşması prosesi başlandı.Yalnız iki xalqın, azərbaycanlıların və gürcülərin dövlət yaratmaq üçün tarixi etnik-ərazi bazaları və bu ərazilərdə dövlətçilik ənənləri vardı. Ancaq XIX əsrdə imzalanmış Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən Çar Rusiyası tərəfindən Qacariyyə və Osmanlı dövlətlərinin ərazisindən Cənubi Qafqaza köçürülüb gətirilmiş və əsasən Azərbaycan torpaqlarında yerləşdirilmiş ermənilərin Cənubi Qafqazda ərazi bazaları və dövlətçilik ənənələri yox idi. Beləliklə də Cənubi Qafqazda erməni dövləti yalnız azərbaycanlıların və gürcülərin torpaqları hesabına yaradıla bilərdi. Yuxarıda da qeyd edildiyi kimi 1918-ci ilə qədər Cənubi Qafqazda erməni dövləti mövcud olmamışdı. Ona görə də 1918 ci ilin 29 may tarixində İrəvan şəhəri və ətrafındakı bölgələr 9000 kv.km ərazi ermənilərə verildi. Onlar tarixi Azərbaycan torpaqlarında Erməni dövləti yaratdılar. Ermənilər 11 may-4 iyun 1918-ci il tarixində apardığı danışıqların nəticəsi olaraq və Batum razılaşmasına əsasən bir çox öhdəliklər götürdülər. Ancaq sonradan bu öhdəliklərin heç birini yerinə yetirmədilər. Artıq Güney Qafqazda baş verən hadisələr və erməni tərəfinin vandallığı nəticəsində Batum razılaşmasındakı bir çox müddəalar reallaşmadı. Sovet Rusiyasının yenidən Güney Qafqazı işğal etməsi və ermənlərə bir çox üstün hüquqlar verilməsi sayəsində Ermənistan Respublikasıın əraziləri Azərbaycan torpaqları hesabına 29 min km -ə qədər artırıldı. Bu ərazidə yaşayan müsəlman türk əhalisinin bir hissəsi soyqırıma məruz qaldı, digər hissəsi isə vəhşicəsinə qovularaq deportasiya olundu..

Çıxış edənlər İrəvan şəhərinin və ətraf bölgələrin ermənilərə verilməsinin yenidən tarixçilər tərəfindən araşdırılmasını, Batum razılaşmasına hüquqi qiymətin verilməsini, Azərbaycanlıların tarixi torpaqları olan əlavə 20 min km ərazinin və ümumiyyətlə indiki Ermənistan ərazisində yaşamış və oradan deportasiya olunaraq dünyanın hər yerinə səpələnmiş soydaşlarımızın məsələsinin dünya ictimaiyyətinə çatdırılmasını və onların geri öz dədə-baba yurdlarına qaytarılması məsələsinin gündəmə gətirilməsini göstərdilər.

Sonda “İrəvan Azərbaycanın tarixi torpaqlarıdır” ilə bağlı elmi-praktik konfransın iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, İslam Ölkələri Əməkdaşlıq Təşkilatına, Türk Dövlətləri Birliyinə, dünya ölkələrinin Azərbaycan Respublikasındakı səfirliklərinə və digər beynəlxalq təşkilatlara göndəriləcək bəyanat qəbul olundu.  

Məlumatı İrəvan Türk Cümhuriyyəti mətbuat mərkəzi yayıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI