Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şeyxin qudası Rəsul Quliyevə uduzdu

Şeyxin qudası Rəsul Quliyevə uduzdu
17-05-2022, 13:25 290 dəfə baxılıb

Bu gün Sabunçu Rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin Gələcək Azərbaycan Partiyasının (GAP) sədri İbrahimov Ağasif Şakiroğluna qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.


Vətənim-Azərbaycandır.az”ın məlumatına görə, məhkəmə Qalib Salahzadə və digərlərinin iddialarını təmin etməyib.

İddiaçılar qeyd ediblər ki, Daxili İşlər Nazirliyinin istirahət evinin cənub-şərq hissəsində yerləşən Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2 və 3 ünvanlarında olan tikililər Ağasif Şakiroğlu tərəfindən zəbt edilib.

Məhkəmədən xahiş olunub ki, qeyd olunan ünvandakı torpaq və evlərin boşaldılaraq sahiblərinə verilməsi təmin edilsin.

Q.Salahzadə bildirib ki, mübahisəli ərazidə GAP lideri Rəsul Quliyevin dünyasını dəyişmiş bacısı Ceyran Quliyevanın da adına torpaq sahəsinin olduğu iddia edilir. Amma Ceyran Quliyevanın oğlu Elbrus Quliyev mülk davası aparmadığı halda, Rəsul Quliyevin ABŞ vətəndaşları olan övladları Ağasif Şakiroğlunun vasitəsilə torpaq sahələrini qanunsuz zəbt ediblər.

Q.Salahzadə məhkəmə qərarından yuxarı instansiyaya şikayət edəcək.

Qeyd edək ki, Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI