Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bayden Putinlə bağlı danışdı

Bayden Putinlə bağlı danışdı
1-04-2022, 00:02 181 dəfə baxılıb

“Putinin Ukrayna müharibəsində onu çaşdırdığı deyilən bəzi müşavirlərini işdən çıxardığı və ya ev dustağı etdiyi barədə fərziyələr var, lakin bunun qəti sübutu yoxdur”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.
Bayden Rusiya Prezidenti Vladimir Putinlə ölkənin hərbi rəsmiləri arasında gərginlik olması ilə bağlı yayılan xəbərlərdən danışıb: "Bununla bağlı çoxlu fərziyyələr var. Ancaq əmin deyiləm”.
ABŞ lideri qəti sübut olmadan bu məsələ ilə bağlı əlavə şərh verə bilməyəcəyini qeyd edib.
Bayden həmçinin, “Putinin Kiyevdəki qüvvələrinin bir hissəsini geri çəkdiyinə dair hər hansı əlamət görürsünüzmü?" sualına belə cavab verib: “İndiyə qədər bütün qüvvələrini Kiyevdən çıxardığına dair qəti sübut yoxdur”.
O, Putinin Donbas bölgəsindəki qoşunlarını gücləndirdiyi deyib: “Mən Putinlə bağlı şübhəliyəm. Diqqətinin təkcə Donbas olduğunu deyə bilmərəm. Diqqətinin təkcə Donbasda qalıb ölkənin digər bölgələrindən çəkilib-çəkilməyəcəyini bilmirəm”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI