Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şəhid Sübhan Cəbrayılovun ailə üzvləri Ərdoğanla görüşdü - Fotolar

Şəhid Sübhan Cəbrayılovun ailə üzvləri Ərdoğanla görüşdü - Fotolar
24-03-2022, 22:24 163 dəfə baxılıb

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Sübhan Cəbrayılovun ailə üzvləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, görüş Türkiyədə keçirilən “1915 Çanaqqala Körpüsü”nün açılış mərasimində baş tutub.
18 mart Çanaqqala Zəfərinin 107-ci ildönümü və “1915 Çanaqqala Körpüsü”nün açılış mərasimində iştirak edən Rəcəb Tayyip Ərdoğan tədbirdən sonra Vətən müharibəsi qəhrəmanı Sübhan Cəbrayılovun ailə üzvləri ilə görüşərək onlarla xatirə fotosu çəkdirib.
Daha sonra tədbirdə iştirak edən qonaqlara Çanaqqala Zəfəri və şəhidləri barədə ətraflı məlumat verilib və birlikdə şəhidlərin məzarı ziyarət edilib.
Xatırladaq ki, Vətən müharibəsi şəhidi Sübhan Cəbrayılov ölümündən sonra “Vətən müharibəsi qəhrəmanı” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Baş gizir Sübhan Cəbrayılov Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. O, doğum günü - oktyabrın 23-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI