Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“ABŞ Azərbaycanla əməkdaşlıqda maraqlıdır”

“ABŞ Azərbaycanla əməkdaşlıqda maraqlıdır”
22-03-2022, 19:46 439 dəfə baxılıb

“Azərbaycanla ABŞ arasında yaxın tərəfdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan “Əsrin müqaviləsi”nin imzalanmasında Vaşinqtonun mühüm rol oynaması təsadüfi deyil”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
“Fikrimcə, Cənubi Qafqaz ABŞ üçün Rusiya ilə geosiyasi mübarizə meydanıdır. Bu da nəqliyyat dəhlizi kimi Azərbaycanın rolunu artırır. Ukraynadakı son hadisələrə görə ölkəmizin neft-qaz mənbəyi kimi dünyada əhəmiyyəti də artır”, - o söyləyib. 
Politoloq xatırladıb ki, Prezident İlham Əliyev ABŞ lideri Cozef Baydenə göndərdiyi məktubda təhlükəsizlik, iqtisadiyyat kimi sahələrdə, o cümlədən regionda sülh və təhlükəsizliyin bərqərar olmasında əməkdaşlıq məsələsini önə çəkib: "Cozef Baydenin İlham Əliyevə məktubunda isə regiondakı sülh məsələsi xüsusilə vurğulanır. Bu da o deməkdir ki, Ermənistan artıq xülyalarından əl çəkib gələcəyə ayıq başla yanaşmalıdır. Həm Azərbaycanda, həm də Ermənistanda sülh və sabitlik region ölkələri arasında qarşılıqlı əlaqələrin güclənməsinə zəmin yaratdığına görə ABŞ üçün mühüm əhəmiyyət daşıyır. Bütövlükdə dünyanın böyük dövlətləri, o cümlədən ABŞ da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu da Azərbaycanın indiki çətin dövrdə həm region, həm də dünya siyasətində mühüm aktor olduğunu göstərir”. 
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət başçısı Cozef Baydenə məktub ünvanlayıb. Məktubda ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümid ifadə olunub. Həmçinin ABŞ-ın postmünaqişə dövründə Qarabağdakı bərpa və yenidənqurma işlərində iştirak edəcəyindən məmnunluq qeyd olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl Novruz bayramı münasibətilə Bayden ölkə rəhbərimizə məktub göndərmişdi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI