00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
“Sizə çox qulaq asmışıq, indi isə…” – Xruşovun hansı sözü “millətçi birinci katibi” özündən çıxarıb?
Sən Ukraynada işləməkdən yorulmusan. Elə biz də sənin Ukraynadakı fəaliyyətindən yorulmuşuq. Səni Moskvaya gətirməyin, vəzifəni böyütməyin vaxtıdır.
Maraqlıdır, Brejnev xoş münasibətdə olduğu Şelesti Ukraynadan nəyə görə uzaqlaşdırmaq qərarına gəlib?
1963-1972-ci illərdə Ukraynaya rəhbərlik edən Pyotr Şelest haqda yazını təqdim edirik.
Son dərəcə enerjili, həmişə gümrah görünən, ən mürəkkəb və çətin situasiyalarda təmkinini və düzgün qərar vermək bacarığını itirməyən Şelest müdrik və səbrli olduğu qədər də sərt, alacağı zərbələrdən qorxmayan bir siyasətçi olub. Şelest həyatında, vəzifə karyerasında bütün uğurları öz bacarığına, işgüzarlığına görə qazanıb. Sıravi poçtalyonluqdan birinci katib vəzifəsinə qədər keçdiyi yollarda ona heç kim hamilik etməyib. Hansısa bir vəzifəni tutmaq üçün Şelest saatlarla Kreml kabinetlərinin qarşısında boyun bükməyib.
Şelest Kreml üçün dəyərli kadr sayılıb. Amma bu da faktdır ki, sovet dövründə Kreml məmurları, əsasən də birincilərin dəyərli kadrlara qısqanclığı həmişə problemlərə, intriqalara səbəb olub.
1908-ci ildə Xarkovda anadan olan Şelest ilk əmək fəaliyyətinə poçtalyon kimi başlayıb. Mariupol Metallurgiya İnstitutunda ali təhsil aldıqdan sonra həmin şəhərdə, daha sonra Xarkovdakı zavodlarda sex rəisi, mühəndis, texnoloq vəzifələrində işləyib. Şelest 1940-cı ildən partiya orqanlarında işə keçib. Xarkov şəhər Partiya Komitəsində müdafiə sənayesi üzrə katib, Çelyabinsk vilayət Partiya Komitəsində şöbə müdiri, daha sonra Mərkəzi Komitədə müdafiə sənayesi şöbəsində instruktor vəzifələrində çalışıb.
Müdafiə sənayesi sahəsində bacarıqlı mütəxəssis kimi tanınan Şelest 1948-ci ildə Stalinin təşəbbüsü ilə Leninqrad Aviasiya Zavoduna baş direktor təyin edilib.
Leninqradda üç illik fəaliyyətindən sonra Şelesti SSRİ-nin ən böyük avisiya zavodlarından biri sayılan Kiyevdəki “Antonov” aviasiya zavoduna direktor təyin ediblər. Məhz bu təyinatdan bir neçə il sonra onun siyasi karyerasında böyük irəliləyiş başlayıb. Belə ki, qısa müddətdə Ukraynada böyük nüfuz qazanan Şelest 1954-cü ildə Kiyev şəhər Partiya Komitəsinə ikinci katib seçilib.
Şelestlə Xruşov hələ 1940-cı illərdən bir-birlərini tanıyıblar. Şelest Xruşovu heç vaxt ciddi siyasi fiqur kimi qəbul etməsə də, Xruşovun ona qarşı münasibəti həmişə yüksək olub. Elə 1957-ci ildə, artıq Xruşov SSRİ-yə rəhbərlik etdiyi dövrdə Moskvada Kiyev şəhər Partiya Komitəsinə birinci katib vəzifəsinə təyinat məsləsi müzakirə olunanda Xruşov bu vəzifəyə Şelestin namizədliyini irəli sürüb və Kremldə onun təklifi ilə razılaşıblar.
1963-cü ildə isə Xruşov Nikolay Podqornını Ukraynanın birinci katibi vəzifəsindən Mərkəzi Komitəyə katib aparanda həm Podqornı, həm də Xruşov Ukraynada birinci sima kimi Şelesti görüblər. Beləliklə, Şelest 1963-cü ildə Ukraynanın birinci katibi seçilib.
Şelestin Ukraynada birinci katib işlədiyi dövr müttəfiq respublikada milliliyin inkişafı dövrü kimi yadda qalıb. Şelest Ukraynanı, öz ana dilini, milli adət-ənənələri sevən, onları qoruyan şəxs olub. O, birinci katib olduğu dövrdə bütün mümkün imkanlardan istifadə edərək, respublikada Ukrayna dilinin daha çox tətbiq olunmasına, milli dəyərlərin daha çox təbliğinə cəhd edib. Bu milli ruh Kremli ciddi narahat edib və yuxarılar Şelesti “sözə baxmayan” kadr kimi siyasi səhnədən uzaqlaşdırmağa çalışıblar.
Xruşovun Şelestə millətçi olması ilə bağlı hansısa bir cəza tətbiq etməyə zamanı çatmayıb. Əksinə, Şelest Xruşovu səsinin tonunu qaldırmaqla susdurub. Şelest Xruşovdan vaxtilə dəstək görməsinə baxmayaraq, 1964-cü ildə Brejnevin diktəsi ilə “saray çevrilişi”nin ən fəal üzvlərindən birinə çevrilib. Xruşovun vəzifəsindən kənarlaşdırılması ilə bağlı keçirilən plenumda əsas məruzəçilərdən biri də Şelest olub ki, şıxışı zamanı Xruşov müdaxilə etmək istəyəndə Şelest hətta ona səsinin tonunu da qaldırıb:
Nikita Sergeyeviç, biz sizə çox qulaq asmışıq, indi zəhmət çəkin, siz bizə qulaq asın…Şelestin Brejnevlə münasibətləri normal olsa da, Brejnev SSRİ-də Rusiyadan sonra ikinci ən böyük respublika olan Ukraynanı ona etibar etmək istəməyib. İkinci bir tərəfdən Şelestin böyük nüfuzu Brejnevi ciddi şəkildə narahat edib, onun baş katib iddiasına düşəcəyindən ehtiyatlanıb. Baş katib Şelesti Ukraynadan uzaqlaşdırmaq üçün məqam gözləyib. 1971-ci ildə Mərkəzi Komitənin plenumunda Şelestin çıxışı həmin məqamı yaxınlaşdırıb. Şelest çıxışında müttəfiq respublikalara daha çox sərbəstlik verilməsini, xarici iqtisadi əlaqələrdə müttəfiq respublikaların müstəqil qərar qəbul etmək imkanı verilməsini təklif edəndə, bu təklif Kremldə qalmaqalla qarşılanıb. Xüsusilə Kosıfin, Podqornı, Suslov Şelestin bu çıxışını SSRİ-nin vahid mərkəzdən, Kremldəm idarə olunmasına qarşı çıxmaq kimi qiymətləndiriblər.
Nəhayət, 1972-ci ildə Brejenev Şelesti “qırmızı xalça”sının üstünə dəvət edib. Həmin “dəvət”i Şelest öz xatirələrində belə bölüşüb:
“Hiss edirdim ki, Kremldə mənə qarşı fərqli və xoşagəlməz bir münasibət var. Kreml mmurları öz aralarında məni millətçi adlandırırdılar. Həmin ərəfədə Brejenev məni yanına çağırdı, mənə Moskvada iş təklif etdi, bildirdi ki, Ukraynada cavan kadrlara yer verilməlidir. Mən etiraz etdim, bildirdim ki, vəzifədənsə məni təqaüdə göndərsin. İki saatlıq görüşdən sonra baş katibin təkidləri qarşısında aciz qaldım. Bir neçə gündən sonra məni SSRİ Nazirlər Soveti sədrinin müavini təyin etdilər. Əslində bu ittifaqmiqyaslı böyük vəzifə idi. Amma mənim üçün ən böyük vəzifə çoxlarının mənim haqqımda dedikləri “Ukraynanın direktoru” vəzifəsi sayılırdı…”
Şelest yeni vəzifədə uzun müddət işləyə bilməyib. Kreml oyunlarına göz yuma bilməyən sabiq birinci katib müntəzəm olaraq Brejnevlə Suslovun təzyiqləri ilə üzləşib və nəhayət, bir ildən sonra 1973-cü ildə könüllü olaraq ərizəsini yazıb, bütün vəzifələrdən azad olunub.
Vəzifələrindən azad olunduqdan sonra Moskvada yaşayan Şelest uzun bir ömür sürüb. O, ona qarşı ədalətsizlik edən Brejnevin və Suslovun dəfn mərasimlərində iştirak edib. 87 yaşında səhhətində ciddi problrmlər yarananda, həkimlər daha heç bir kömək göstərə bilməyəcəklərini bildirəndə, Şelest doğmalarına Ukraynada dəfn olunmaq istədiyini vəsiyyət edib.