Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Prokurorluq həbsdən buraxılan şirkət rəhbəri ilə bağlı Ali Məhkəməyə müraciət etdi

Prokurorluq həbsdən buraxılan şirkət rəhbəri ilə bağlı Ali Məhkəməyə müraciət etdi
19-02-2022, 17:33 167 dəfə baxılıb

Baş Prokurorluq Rusiyaya gedən 101 nəfərə saxta COVID-19 test nəticələri verən şirkət rəhbəri ilə bağlı qərardan Ali Məhkəməyə şikayət edib.

"Vətənim-Azərbaycandır.az" Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məumata istinadən bildirir ki, “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramov vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında Ural Hava yolları ilə Gəncə-Sankt-Peterburq reysinə uçuş biletləri almış 101 nəfər şəxsə neqativ nəticəli saxta COVID-19-a dair test sənədlərini hazırlayıb sataraq ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Yasamal rayon məhkəməsinin hökmü ilə Əsgər Bayramovun əməli Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə tövsif edilməklə CM-ni 308.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək islah işləri cəzası təyin edilmiş və cəzası faktiki çəkilmiş hesab edilərək barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə məhkəmə iclas zalından azad edilib.
Dövlət ittihamçısı tərəfindən həmin hökmdən verilmiş protestə Bakı Apellyasiya Məhkəməsində baxılıb və hökm dəyişdirilmədən saxlanılıb.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutların məcmu qaydada qiymətləndirilməməsi, sübutların cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun tədqiq edilməməsi, bunun nəticəsi olaraq Əsgər Bayramovun əməlinin tövsifində səhvə yol verilməsi, həmçinin cəza təyini zamanı məhkum edilmiş şəxsin şəxsiyyətinə uyğun olmayan yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin olunması əsası ilə dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI