Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Deyirlər ki, İlqar Məmmədov hakimiyyətlə anlaşıb”

“Deyirlər ki, İlqar Məmmədov hakimiyyətlə anlaşıb”
17-02-2022, 00:22 258 dəfə baxılıb

“Bildiyiniz kimi, Milli Məclisdə iki ildən çoxdur beş dairə üzrə yerlər boş qalıb. Bu fakta əsaslanaraq bir sıra adamlar ortalıqda söz gəzdirir ki, İlqar Məmmədov hakimiyyətlə anlaşıb, dairələrin birindən mandat alacaq”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.
Partiya sədri qeyd edib ki, bu söz-söhbət bir həqiqətə əsaslanır:
“Həqiqət ondan ibarətdir ki, REAL Partiyasının sədri yeganə partiya sədridir ki, bu dövr ərzində beş dairənin hər birində olub. Vətəndaşların durumu ilə bağlı birbaşa onlardan məlumat alıb. Bu partiya sədri kimi mənə lazım idi, mən bu səfərləri etdim. Amma bu səfərlərə görə belə söz-söhbətlər yayırlar.
Mən istəyirəm ki, bu söz-söhbətləri yayanlar rahat nəfəs alsın. Təkrar seçki keçiriləcək beş dairənin heç birindən REAL Partiyasının sədri İlqar Məmmədov namizədliyini irəli sürməyəcək”.
İ.Məmmədov əlavə edib ki, həmin dairələrdən REAL partiyasının namizədləri olacaq:
“Ya hamısından, ya da bəzilərindən, əlbəttə ki, namizədlərimiz olacaq”.
Qeyd edək ki, ötən ilin fevralında baş tutmuş Milli Məclisə növbədənkənar seçkilərdən sonra parlamentdə dörd dairə üzrə yerlər - 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd seçki dairəsi və 80 saylı İmişli-Beyləqan seçki dairəsi boş qalıb. Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov ötən ilin avqustunda dünyasını dəyişib və bundan sonra 116 saylı Qəbələ seçki dairəsi də boş qalıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI