19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
Yenidən namizəd olacaqlar?
Bu günlərdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Milli Məclisdə boş qalan dairələrə seçki keçiriləcəyi ilə bağlı açıqlaması seçkilərin nə vaxt baş tutacağı məsələsini yenidən gündəmə gətirib. MSK sədri açıqlamasında seçkilərin yaxın vaxtlarda baş tutacağını və bunun Azərbaycan üçün taleyüklü məsələ olmasını vurğulayıb.
"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, Milli Məclisdə hazırda boş qalan 5 dairə üzrə seçkilərin bu il baş tutacağı daha çox gözlənilirdi. Çünki cari ilin dövlət büdcəsi ilə bağlı layihədə "seçkilərin keçirilməsi və statistika tədbirləri" haqqında bölümdə 19 631 038 manat vəsait nəzərdə tutulmuşdu. Belə bir vəsaitin hansı məqsədə sərf ediləcəyi açıqlanmasa da, bunun boş qalan dairələrlə bağlı olduğu da təxmin edilirdi. Artıq ilin sonuna sayılı günlər qaldığı üçün seçkinin keçiriləcəyi real görünmür.
Bəzi ekspertlər isə pandemiya ilə əlaqədar seçkilərin təxirə salınacağını irəli sürürdülər. Bundan əlavə, boş qalan seçki dairələrinə seçkinin keçirilməsiylə bağlı ölkə başçısı qərar verməlidir. Daha sonra Mərkəzi Seçki Komissiyası təkrar seçkilər keçirməlidir.
Qeyd edək ki, ötən ilin fevralında baş tutmuş Milli Məclisə növbədənkənar seçkilərdən sonra parlamentdə 4 dairə üzrə yerlər boş qalıb. Belə ki, Mərkəzi Seçki Komissiyası seçkilər nəticəsində baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib.
Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi - (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi ( lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsidir (lider namizəd Çingiz Qənizadə). Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov ötən ilin avqustunda dünyasını dəyişib və bundan sonra 116 saylı Qəbələ seçki dairəsi də boş qalıb.
“Qafqazinfo” nəticəsi ləğv edilmiş dairələrin lider namizədləri ilə əlaqə saxlayaraq onların yenidən seçkilərdə iştirak edib-etməyəcəyi ilə maraqlanıb.
33 saylı Xətai birinci seçki dairəsinin namizədi sabiq deputat Hüseynbala Mirələmov bildirib ki, o, artıq siyasətdən gedib:

“Allah bundan sonra mənə nə qədər ömür versə, ancaq bədii yaradıcılıqla məşğul olacam, başqa heç bir işlə məşğul olmayacam. Siyasətə bir daha qayıtmaq haqda düşünmürəm”.
80 saylı İmişli-Beyləqan seçki dairəsinin namizədi olmuş sabiq deputat Çingiz Qənizadə bildirib ki, o 44 günlük Vətən müharibəsindən sonra ölkə başçısına məktub yazaraq Yeni Azərbaycan Partiyasına üzvlüyünə qəbul olunmaq üçün müraciət edib:

“Müraciətim müsbət dəyərləndirildi. Mən artıq bir ildir ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Seçkidə də belədir ki, gərək partiya namizədləri irəli sürsün. Əgər Yeni Azərbaycan Partiyası mənim namizədliyimi istənilən dairədən irəli sürəcəksə, seçkidə iştirak edəcəm. Əgər bu baş verməyəcəksə, yenə də ictimai-siyasi fəaliyyətimlə məşğul olacam. Partiyanın başqa namizədi olsa, namizədlik irəli sürmək məqsədəuyğun deyil”.
35 saylı Xətai üçüncü seçki dairəsindən namizəd olmuş “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu isə mediaya açıqlamasında yenidən seçkilərə qatılmaq fikrində olduğunu deyib:

“Seçkilər təyin olunsun, vaxt dəqiqləşsin, zamana görə reaksiyamızı bildirərik. Bəli, seçkilərə qatılmaq fikrim var. Amma Məzahir Pənahov zamanla bağlı dəqiq açıqlama
Pənahov zamanla bağlı dəqiq açıqlama verməyib. Təxminən 2 ildir bunu deyir, mənim Məzahir Pənahova etimadım yoxdur”.
Sözügedən dairədən R. Arifoğluna rəqib olan sabiq deputat İqbal Ağazadə isə saytımıza bildirib ki, o siyasətlə partiya çərçivəsində məşğul olur:

“Bizim siyasətlə məşğul olmağa yetki verən Ümid Partiyasıdır. Təbii ki seçkilərdə də partiyanın qərarı ilə iştirak edirik. Ümid Partiyasında əhval-ruhiyyə seçkilərdə iştirak etməkdən yanadır. Rəhbərlik belə düşünür. Nizamnaməyə uyğun olaraq Prezident hər hansı dairədə seçkinin keçirilməsi ilə bağlı Fərman verərsə dərhal bizim də rəhbər strukturlar bununla bağlı müzakirə keçirəcəklər. Bizim başqa dairədən iştirak etmək alternativimiz yoxdur. Əgər İqbal Ağazadə olaraq seçkilərdə iştirak edəcəyiksə, bu 35-ci seçki dairəsi olacaq. Alternativ yoxdur və bu haqda heç düşünmürük”.