Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ceyhun Osmanlının qardaşı məhkəməyə verildi

Ceyhun Osmanlının qardaşı məhkəməyə verildi
9-02-2022, 20:05 204 dəfə baxılıb

Keçmiş deputat Ceyhun Osmanlının qardaşı Faiq Osmanlı məhkəməyə verilib.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit Və İnkişaf Agentliyi F.Osmanlıdan Bakı Kommersiya Məhkəməsinə şikayət edib.
Kommersiya mübahisəsi hakim Kənan Hüseynovun icraatına verilib. İddiaya görə, Faiq Osmanlı biznes məqsədi ilə agentliklə bağladığı lizinq müqaviləsinin öhdəliklərini yerinə yetirməyib və borcunu ödəməyib. Belə ki, Faiq Osmanlının dövlət qurumuna 6792 manat borcu var.
Məhkəmə prosesi davam edir.
Fotoda: Ceyhun Osmanlı və Faiq Osmanlı

Qeyd edək ki, Faiq Osmanlı daxili işlər orqanlarında çalışıb. Göyçay və Ağdaş Mühafizə Bölməsinin rəisi olub. Onun öz arzusu ilə işdən azad olunduğu barədə açıqlama yayılmışdı. Lakin F.Osmanlının polis əməkdaşlarını atasının Göyçaydakı villasının qorunması işinə cəlb etməsi, mühafizə polisinin xidməti maşınlarını isə ailə üzvlərinin şəxsi istifadəsinə verməsinə görə xidmətdən azad edildiyi iddia olunur.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI