Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Selçuk Bayraktar Bakıda - Fotolar

Selçuk Bayraktar Bakıda - Fotolar
8-02-2022, 15:38 300 dəfə baxılıb

Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Selçuk Bayraktar Azərbaycana gəlib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, “Teknofest” Müşahidə Şurasının da sədri olan Bayraktar “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına dair mətbuat konfransına qatılıb. Mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də iştirak edir. 
26-29 may tarixlərində “Bakı Kristal Zalı” və Dənizkənarı Bulvar ərazisində keçiriləcək festival çərçivəsində yarışlar “Robotexnika”, “Yaşıl texnologiyalar (GreenTech)”, “Aqrar texnologiyalar (AgriTech)”, “Pilotsuz uçuş aparatları (PUA)”, “Həvəskar peyk modelləşdirilməsi”, “Sosial yönümlü texnologiyalar”, “Smart Qarabağ” Hakatonu, “Sailplaner”, “Baku Skills”, “Rocket League” oyunu üzrə Avropa kuboku daxil olmaqla 10 müsabiqə üzrə keçiriləcək.
Müsabiqələrə qoşulmaq üçün “teknofest.az” saytı üzərindən qeydiyyatdan keçmək lazımdır. Hər kateqoriya üzrə 1-ci, 2-ci və 3-cü yer sahibləri üçün diplom və pul mükafatları nəzərdə tutulub. 
Xatırladaq ki, İstanbulda keçirilmiş “Teknofest 2021”də Azərbaycan Pavilyonunda 11 startapımız nümayiş etdirilib. Startaplar kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, video oyunlar kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə yeni texnologiyaları əhatə edib.
Eldar Tanrıverdiyev
Fotolar: Pərvin Zeynal












ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI