01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
"Kanada Qarabağdakı Vətən Müharibəsini səbəb göstərərək kamera satışını dayandırıb" - Selçuk Bayraktar
Düşünürəm ki, bəzi məqamları izah etməliyəm. S-PUA əslində içərisində təxminən 40 kompüterin olduğu bir robot təyyarəsidir. "Bayraktar TB2" PUA-larımızı başdan-ayağa -uçuş missiyası kompüterindən proqram təminatına, aerodinamikadan mexanikaya qədər tamamilə milli və orijinal dizaynla inkişaf etdiririk".
Vetenim-Azerbaycandir.az xəbər verir ki, bu fikirləri “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Selçuk Bayraktar səsləndirib.
Azərbaycanın Vətən Müharibəsində istifadə etdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatına görə Kanadanın Türkiyəyə embarqo tətbiq etdiyini bildirən Bayraktar qeyd edib ki, artıq Kanadanın bir zamanlar satdığı aksesuarları “Baykar Savunma” şirkəti istehsal edir və satışını həyata keçirir:
"PUA-ların 93 faiz hissəsini yerli töhfə ilə istehsal edirik ki, bu da dünyada rekord sayılır. Bu istehsal bir çox ölkəyə ixrac etdiyimiz, dünya mətbuatının demək olar ki, hər gün qazandığımız uğurlara həsəd apararaq yazdığı, yüksək texnologiyalar sahəsində ölkəmizin bayrağını ən yüksək səviyyəyə qaldırdığımız bir sistemdir.
Kanada Qarabağda "dastan yazdığımız" Vətən Müharibəsini səbəb göstərərək S-PUA-larımız üçün faydalı olan bir aksesuarı - kamera satışını dayandırdı. Hazırda bu aksesuar ölkəmizdə istehsal edilərək yerli və xarici istifadəyə təqdim edildiyi üçün bizə hər-hansı problem yaratmayıb.
Lakin bir gün Kanadanın ehtiyacı olduğu təqdirdə Türkiyənin Kanadaya PUA satmaması onlar üçün ciddi problem ola bilər. Dünyada müharibə təcrübəsi olan sözügedən texnikaya Türkiyə də daxil olmaqla 4 ölkə sahibdir. Türkiyə bu sahədə liderdir.
Aviasiya sahəsində inkişaf etmiş bir çox ölkə kimi Kanadada da istehsal etdiyimiz səviyyədə bir PUA yoxdur. Ancaq idxal etməyə başladıqları bir proqram var...
Embarqolar bu işə ilk başladığımızdan bəri illərdir mövcuddur. Ancaq bunların heç biri bizə nə mane ola bildi, nə də yolumuzdan döndərdi.
Yuxarıda dediklərimi nəzərə alaraq Türkiyənin hər gün güclənən müdafiə sənaye ekosistemi ilə həqiqətən öyünə bilərik. Bizim üçün dünən necə idisə, bu gün də elədir...
Heçnə dəyişməyib. Bundan sonra da dəyişməyəcək!
Səmada 300 000 saatdan çox müddətdə uğurla xidmət edən millətimizin S-PUA-ları ölkəmizin təhlükəsizliyi üçün uçmağa davam edəcək".