Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"Kanada Qarabağdakı Vətən Müharibəsini səbəb göstərərək kamera satışını dayandırıb" - Selçuk Bayraktar

"Kanada Qarabağdakı Vətən Müharibəsini səbəb göstərərək kamera satışını dayandırıb" - Selçuk Bayraktar
14-04-2021, 20:45 377 dəfə baxılıb

Düşünürəm ki, bəzi məqamları izah etməliyəm. S-PUA əslində içərisində təxminən 40 kompüterin olduğu bir robot təyyarəsidir. "Bayraktar TB2" PUA-larımızı başdan-ayağa -uçuş missiyası kompüterindən proqram təminatına, aerodinamikadan mexanikaya qədər tamamilə milli və orijinal dizaynla inkişaf etdiririk".
Vetenim-Azerbaycandir.az xəbər verir ki, bu fikirləri “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Selçuk Bayraktar səsləndirib. 
Azərbaycanın Vətən Müharibəsində istifadə etdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatına görə Kanadanın Türkiyəyə embarqo tətbiq etdiyini bildirən Bayraktar qeyd edib ki, artıq Kanadanın bir zamanlar satdığı aksesuarları “Baykar Savunma” şirkəti istehsal edir və satışını həyata keçirir:
"PUA-ların 93 faiz hissəsini yerli töhfə ilə istehsal edirik ki, bu da dünyada rekord sayılır. Bu istehsal bir çox ölkəyə ixrac etdiyimiz, dünya mətbuatının demək olar ki, hər gün qazandığımız uğurlara həsəd apararaq yazdığı, yüksək texnologiyalar sahəsində ölkəmizin bayrağını ən yüksək səviyyəyə qaldırdığımız bir sistemdir.
Kanada Qarabağda "dastan yazdığımız" Vətən Müharibəsini səbəb göstərərək S-PUA-larımız üçün faydalı olan bir aksesuarı - kamera satışını dayandırdı. Hazırda bu aksesuar ölkəmizdə istehsal edilərək yerli və xarici istifadəyə təqdim edildiyi üçün bizə hər-hansı problem yaratmayıb. 
Lakin bir gün Kanadanın ehtiyacı olduğu təqdirdə Türkiyənin Kanadaya PUA satmaması onlar üçün ciddi problem ola bilər. Dünyada müharibə təcrübəsi olan sözügedən texnikaya Türkiyə də daxil olmaqla 4 ölkə sahibdir. Türkiyə bu sahədə liderdir. 
Aviasiya sahəsində inkişaf etmiş bir çox ölkə kimi Kanadada da istehsal etdiyimiz səviyyədə bir PUA yoxdur. Ancaq idxal etməyə başladıqları bir proqram var...
Embarqolar bu işə ilk başladığımızdan bəri illərdir mövcuddur. Ancaq bunların heç biri bizə nə mane ola bildi, nə də yolumuzdan döndərdi.
Yuxarıda dediklərimi nəzərə alaraq Türkiyənin hər gün güclənən müdafiə sənaye ekosistemi ilə həqiqətən öyünə bilərik. Bizim üçün dünən necə idisə, bu gün də elədir...
Heçnə dəyişməyib. Bundan sonra da dəyişməyəcək!
Səmada 300 000 saatdan çox müddətdə uğurla xidmət edən millətimizin S-PUA-ları ölkəmizin təhlükəsizliyi üçün uçmağa davam edəcək".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI