Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Paşinyanın partiyasının prezidentliyə namizədi açıqlanıb

Paşinyanın partiyasının prezidentliyə namizədi açıqlanıb
30-01-2022, 22:45 213 dəfə baxılıb

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası öz qərarına yenidən baxaraq, respublika prezidentliyinə yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanın namizədliyini irəli sürüb.

"Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. 
Daha əvvəl isə ArmLur.am saytı xəbər vermişdi ki, partiya prezidentliyə Baş nazir administrasiyasının rəhbəri Araik Arutyunyanın namizədliyini irəli sürmək qərarına gəlib.
Bu arada, “Hraparak”ın məlumatına görə, Arutyunyanın prezidentliyə namizədliyi ictimaiyyət arasında narazılıq dalğasına səbəb olub:
“Məlumat sızması nəticəsində məlum olub ki, hakim partiya Arayik Arutyunyanın prezidentliyə namizədliyini nəzərdən keçirir. Lakin demək olar ki, bir həftədir ki, ictimaiyyət bundan narazılığını bildirir”.
Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-ü istefa verib. O, istefasını onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə əlaqələndirib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI