Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sarkisyan istefasının səbəbini açıqladı

Sarkisyan istefasının səbəbini açıqladı
23-01-2022, 23:08 194 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, Ermənisan Prezidenti Armen Sarkisyan istefa verib.

Vətənim-Azərbaycandır.az” erməni KİV-lərinə istinadən xəbər verir ki, o istefasını onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə əlaqələndirib.
Sarkisyan qeyd edib ki, Ermənistanda paradoksal vəziyyət yaranıb, prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur. 
Onun sözlərinə görə, Ermənistan formaca parlamentli respublikadır, məzmunca isə belə deyil. O əlavə edib ki, o, konstitusiya islahatlarının aparılmasını təklif edib, bunun mənası qarşılıqlı nəzarət və tarazlıq mexanizmlərinə əsaslanan dövlət sisteminin yaradılmasıdır.
“Mən şadam ki, Konstitusiya islahatları komissiyası yaradılıb və buna görə hökumətə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, sonda konstitusiya dəyişiklikləri baş verəcək və növbəti prezident və prezident institutu daha balanslı və koordinasiyalı mühitdə işləyə biləcək” - Sarkisyan bildirib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI