Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Paşinyan növbəti dəfə sülh sazişindən danışdı - Yenilənib

Paşinyan növbəti dəfə sülh sazişindən danışdı - Yenilənib
24-01-2022, 23:46 179 dəfə baxılıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi ilə bağlı növbəti dəfə açıqlama verib.

Vətənim-Azərbaycandır.az ”ın TASS-a istinadən xəbərinə görə, o bildirib ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Lakin buna qədər danışıqlar aparılmalıdır.
***
"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı çox danışılır. Bəli, bu sənəd imzalanmalıdır, amma əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir və bu məsələ isə danışıqların nəticəsində geçəkləşəcək. Ermənistan bu danışıqlara hazırdır. Mandatı Minsk Qrupunun həmsədrləri olan Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin məqsədi sülh müqaviləsinin imzalanmasıdır", - Baş nazir qeyd edib.
Paşinyan bildirib ki, Ermənistan ümumi sərhəddə təhlükəsizliyin yaxşılaşdırılması ilə bağlı təkliflərini birbaşa Azərbaycana çatdırıb. Yerevan sərhədlərin demarkasiyasının başlanması üçün ilkin şərtlər irəli sürmür.
“Biz Soçidə sərhəddə vəziyyəti sabitləşdirmək üçün tədbirlər görmək və demarkasiya və delimitasiya komissiyasının yaradılması istiqamətində hərəkət etmək barədə razılığa gəldik”, - deyə Paşinyan qeyd edib.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI