Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qriqoryanın Bakıya səfər təklifi nəyə hesablanıb?

Qriqoryanın Bakıya səfər təklifi nəyə hesablanıb?
23-12-2021, 13:17 146 dəfə baxılıb

Politoloq Elxan Şahinoğlu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın regional məsələləri müzakirə etmək üçün paytaxt Bakıya və Ankaraya rəsmi səfər etməklə bağlı açıqlamasını şərh edib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, E. Şahinoğlunun sözlərinə görə, Armen Qriqoryan eyni zamanda, Azərbaycan və Türkiyə nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazır olduqlarını da səsləndirib:
“Qriqoryan qeyd edib ki, Ermənistan tərəfi regional məsələlər üzrə işləməyə və müzakirə təşkil etməyə hazırdır. Onun bu açıqlaması nəyə hesablanıb?
Birincisi, məlumdur ki, Moskvadan sonra “3+3 platformasının” növbəti görüşü Ankarada keçiriləcək. Ermənistan təmsilçisi Ankaraya gedəcək. Ona görə də Ermənistan hökuməti Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan vasitəsilə indidən erməni cəmiyyətinə mesaj yollayır ki, Ankaraya gedəcəklər. 
İkincisi, Armen Qriqoryanın mesajı həm də beynəlxalq aləmədir, özləri haqqında müsbət imici formalaşdırmağa çalışırlar. Demək istəyirlər ki, müharibədə Azərbaycana məğlub olmalarına və xeyli itki vermələrinə baxmayaraq, qonşuları ilə birbaşa dialoqa hazırdılar. Əgər İrəvan Bakı ilə birbaşa dialoqa hazır olduğunu nümayiş etdirirsə, bundan faydalanmaq olar. Rusiyanın vasitəçilikdə inhisarçı mövqeyini azaltmaqda fayda var. Ona görə birbaşa dialoq imkanlarından da istifadə etmək lazımdır”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI