Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan və Gürcüstan müdafiə nazirləri ikitərəfli əməkdaşlıq planı imzaladılar - Video

Azərbaycan və Gürcüstan müdafiə nazirləri ikitərəfli əməkdaşlıq planı imzaladılar - Video
22-12-2021, 18:18 163 dəfə baxılıb

Dekabrın 22-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən “Vətənim-Azərbaycandır.az” a verilən məlumata görə, Z.Həsənov birgə əməkdaşlığımızın yüksək səviyyədə olduğunu qeyd edərək, bunun ölkələrimizin inkişafı ilə yanaşı bütün regionda təhlükəsizliyin təmin edilməsində də mühüm rol oynadığını xüsusi vurğulayıb.
Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə edən C.Burçuladze bunun ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsi olduğunu qeyd edərək əməkdaşlığımızın genişləndirilməsi baxımından bu cür görüşlərin zəruriliyini xüsusi vurğulayıb.
Görüşdə dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığı xüsusi vurğulanıb. Tərəflər hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.
Görüşün sonunda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planı” imzalanıb.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI