Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Hakim jurnalistləri Rövşən Əkbərovun məhkəməsinə buraxmadı

Hakim jurnalistləri Rövşən Əkbərovun məhkəməsinə buraxmadı
22-12-2021, 18:14 196 dəfə baxılıb

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilir.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesə jurnalistlər buraxılmayıb. 
Məhkəmənin əsas girişində postda olan polislər jurnalistlərin məhkəmə binasına buraxılmasına icazə verməyib. Polis əməkdaşları işə baxan hakim İlqar Murquzovla əlaqə saxlasa da, hakim iclasa jurnalistlərin keçməsinə "yox" deyib. İclasın açıq keçirilməsi nəzərə alınmayıb. 
Məhkəmənin qaynar xəttindən bildirilib ki, müvafiq göstəriş məhkəmə rəhbərliyi tərəfindən verilib. 
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI