Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ABŞ vətəndaşlarını Ukraynaya getməməyə çağırdı

ABŞ vətəndaşlarını Ukraynaya getməməyə çağırdı
20-12-2021, 23:42 185 dəfə baxılıb

ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Ukraynaya səyahət etməməyə çağırıb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, xəbərdarlıq koronavirus pandemiyası və Ukraynada Rusiya təhdidinin artması ilə bağlıdır.
“ABŞ vətəndaşları Rusiyanın Ukraynaya qarşı vacib bir hərbi hərəkat planlaşdırdığına dair xəbərlərin fərqində olmalıdır. ABŞ vətəndaşlarına xüsusən Ukrayna sərhədləri boyunca, Krımda və Rusiya tərəfindən nəzarət edilən şərqi Ukraynada təhlükəsizlik tədbirlərinin proqnozlaşdırıla bilməyən olduğu, hər an pozula biləcəyi xatırladılır”.
Xəbərdarlıqda o da vurğulanıb ki, rus hərbi hərəkatının ola biləcəyi bölgələrdə və Rusiyanın nəzarətindəki Krım, Donetsk və Luqansk kimi bölgələrdə konsulluq xidmətləri də ciddi təsirə məruz qalır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI